Yuxarı

ABŞ-da 50-dən çox nümayişçi saxlanıldı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baltimor polisi nümayiş keçirən 50 nəfəri saxlayıb.

APA-nın məlumatına görə, nümayişçilər Merilend ştatı prokurorluğunun afroamerikalı Freddi Qreyin ölümü ilə bağlı 6 polis əməkdaşını cinayət məsuliyyətinə cəlb etmək barədə verdiyi qərarla əlaqədar aksiya keçiriblər.

Yerli polis çavuşu Cerron Cekson "Associated Press"ə bildirib ki, ümumilikdə polis 53 nəfəri saxlayıb, onlardan 15-i komendant saatı rejimini pozmaq təqsirli bilinir.

Minlərlə nümayişçi şəhərin küçələrində yürüş təşkil edib, axşam saatlarında isə şəhər bələdiyyəsinin qarşısına toplaşıb. Yerli vaxtla saat 22:00-da komendant saatının başlamasından 10 dəqiqə sonra polis etirazçılara tərəf yürüməyə başlayıb.

Xatırladaq ki, afroamerikalı Freddi Qrey Baltimorda polis tərəfindən aprelin 12-də saxlanılıb. Polis avtomobilində yarım gəzdirildikdən sonra o, hospitala yerləşdirilib, bir həftə sonra isə orada ölüb.

Prokurorun qərarı ilə Qreyi həbs edən 6 polisə qarşı cinayət işi başlanılıb. Afroamerikalının olduğu polis avtomobilini idarə edən polis zabiti ikinci dərəcəli qətldə və qəsdlə öldürmədə günahlandırılır. Prokurorluğun versiyasına görə, polis saxlanılan şəxsə xəsarət yetirmək məqsədilə avtomobili pis idarə edib.

Digər polislər isə qəsdlə törədilməyən qətl, hücum və qanunsuz saxlama maddələri ilə ittiham olunurlar.

Tarix
2015.05.02 / 11:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla