Yuxarı

Cəbhəyanı rayonlarda mərmilər və silahlar aşkarlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbhəyanı rayonlarda mərmilər və silahlar aşkarlandı

31 oktyabr tarixindә Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabәdi, Ağdam, Bәrdә, Füzuli, Tәrtәr vә Yevlax rayonları әrazisindә mәrmilәrin aşkar olunması barәdә Daxili İşlәr Nazirliyinin ″102″ Xidmәti-Zәng mәrkәzi sistemindәn - 25 (iyirmi beş) vә Fövqәladә Hallar Nazirliyinin Böhran Vәziyyәtlәrindә İdarәetmә Mәrkәzindәn – 1 (bir) müraciәt daxil olub.

ANAMA-dan Axar.az-a verilən məlumata görə, daxil olmuş 26 çağırış әsasında Agentliyin xüsusi mobil çevik әmәliyyat qrupları tәrәfindәn Ağcabәdi rayonunun Arazbar, Hacılar, Kәbirli, Mahrızlı kәndlәri, Ağdam rayonunun Xındırıstan, Әhmәdağalı, Üçoğlan kәndlәri vә Qarqar çayının sahili, Bәrdә şәhәri Vaqif küçәsi, Füzuli rayonunun Şükürbәyli, Babı, Alxanlı kәndlәri vә Horadiz şәhәri, Tәrtәr rayonunun Qaynaq, Yuxarı Qapanlı kәndlәri, Şıxarx qәsәbәsi, Bağırov küçәsi, Yevlax rayonunun Kolanı kәndi әrazisinә Daxili İşlәr Nazirliyinin әmәkdaşları ilә birlikdә 24 operativ vә tәxirәsalınmaz әmәliyyat çıxışı hәyata keçirilib.

Aparılmış әmәliyyat- axtarış tәdbirlәri zamanı 1 әdәd 100 mm-lik top mәrmisi (OF-412), 1 әdәd 120 mm-lik minaatan mәrmisi (OF-843), 1 әdәd tank әleyhinә idarә olunmayan RPQ-18 silahı (PQ-18 raketi ilә), 1 әdәd tank әleyhinә idarә olunmayan RPQ-26 silahı (PQ-26 raketi ilә), 1 әdәd tank әleyhinә idarә olunan 9K111 silahı (9M111 raketi ilә), 1 әdәd hәrbi mәqsәdlәr üçün istifadә olunan meteoroloji radiopelenqator vә 25 әdәd partlamış mәrmi qalıqları aşkar olunub.

Mina Tәhlükәsinә dair Maariflәndirmә üzrә mütәxәsisslәr tәrәfindәn 42 777 nәfәr mülkü şәxs arasında mina tәhlükәsizliyinә dair maariflәndirmә tәbliğatı aparılıb.

Tarix
2020.11.01 / 04:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla