Yuxarı

İngilissayağı xəyanət: Siyasətçi arvadının etirafı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngilissayağı xəyanət: Siyasətçi arvadının etirafı - Foto

Böyük Britaniya İcmalar palatasının üzvü, siyasətçi Con Berkounun həyat yoldaşı ərinin əmisi oğlu ilə sevgi yaşadığını etiraf edib.

Axar.az xəbər verir ki, Deili Meil qəzetinə açıqlamasında ərinin əmisi oğlu Alan Berkounun da bir müddət əvvəl onu tərk edib həyat yoldaşına geri qayıtdığını bildirən Seli Berkou qəlbinin "qırıq" olduğunu bildirib.

Seli Berkou sözlərinə bunları da əlavə edib: "Mən çox, həddindən çox pis həyat yoldaşıyam. Əgər Con məni bağışlasa, deməli, dəli olub".

Alan Berkounun özü kimi vəkil olan həyat yoldaşı da belə açıqlama verib: "Mənim onsuz da nə Selidən, nə də Condan xoşum gəlirdi. Başqa heç bir şey demək istəmirəm".

Seli və Con Berkou cütlüyünün 3, Alan və Erika Berko cütlüyünün isə bir övladı var. Con Berkounun arvadının sevgi macərasını eşidəndən sonra parlament binasına yerləşdiyi Seli Berkounun isə uşaqları ilə ailənin Batersi səmtindəki evində qaldığı bildirilib.

Xatırladaq ki, Seli Berkou keçən il də bir doğum günü mərasimində Afrika əsilli bir rəqqas ilə öpüşərkən kameralara tuş gəlmişdi. Siyasətçi arvadı fotonun əvvəl bütün ingilis mətbuatında, daha sonra dünya mətbuatına yayımlandığını görüncə belə açıqlama vermişdi: "Conla evliliyimdə heç bir problem yoxdur. Heç kimə hesab vermək məcburiyyətində deyiləm. Utanılacaq heç nə etməmişəm".

Tarix
2015.05.12 / 15:22
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla