Yuxarı

Paşinyana “sirri açın” dedim, cavabı bu oldu - Vanetsyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyana “sirri açın” dedim, cavabı bu oldu - Vanetsyan

Nikol Paşinyan ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesindən çıxaraq populist fikirlər söyləyirdi.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan Abbas Cüməyə müsahibəsində deyib.

“Mən Paşinyana “Sirri açın, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı sənədləri imzalayırsınız və ya hansı mövzuda danışıqlar aparırsınız” sualını verirdim, o isə məni qıcıqlandırmağa çalışırdı. “Bəziləri məndən soruşur ki, mən necə danışıqlar aparıram və Azərbaycan tərəfi ilə nə barədə razılığa gəlirəm. Nə barədə istəyirəm, o barədə də danışıram” – bu, Nikol Paşinyanın parlamentdə sualıma cavabı idi. İndi nə barədə razılığa gəldiyini anlamağa başlamışıq. Torpaqları verirdi...” — Vanetsyan bildirib.

Vanetsyan, Ermənistanın dezinformasiyadan istifadə etməsindən də danışıb:

“Hərbiçi kimi müharibə dövründə dezinformasiyanın necə istifadə olunduğunu gözəl başa düşürəm. Ancaq dezinformasiya hansısa çərçivəyə sığmalıdır. Maksimum 10-30 faizlik dezinformasiyadan istifadə edilə bilər. Paşinyan isə 100 faizlik dezinformasiyanı işə salırdı”.

Tarix
2020.12.01 / 16:23
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla