Yuxarı

Nikoldan ittiham: Siz 7 rayonu qaytarırdınız, Bakı isə…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikoldan ittiham: Siz 7 rayonu qaytarırdınız, Bakı isə…

Təxmin edirəm, indi çoxları təəccüblənir ki, mən nə danışıram. Mən o şeylərdən danışıram ki, onlar 2000-ci illərdə hər bir erməni vətəndaşa bəlli idi. Onlar ən yüksək səviyyədə izah edirdilər ki, bütün bunlar Ermənistanın diplomatik uğursuzluğudur. Ancaq vaxt, görünür, unutqanlıq yaradır və yaxud yaddaşı dumanlandırır, bəziləri isə bundan istifadə edirlər.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı Robert Köçəryanın ittihamlarına cavab verərkən deyib.

Paşinyan deyib ki, beynəlxalq ictimaiyyətin münasibəti 2020-də deyil, 25 il əvvəl formalaşıb:

“Dağlıq Qarabağın ərazi bütövlüyü çərçivəsində mübahisələndirilməsi 25 il əvvəl yaranıb. Həmin vaxt Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı kimi tanınmağa başlayıb. Son iki ildə isə biz bundan çıxmağa çalışmışıq.

Bizi günahlandırırlar ki, müharibə Ermənistanın diplomatik uğursuzluğu nəticəsində baş verdi. Heç kəs soruşmur ki, Ermənistan nə vaxt Qarabağ məsələsində diplomatik uğur qazanıb? 1995-ci il ATƏT-in Lissabon sammiti uğurlu diplomatiya idimi? Hansı ki, Birinci Qarabağ savaşından dərhal sonra beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ probleminin Azərbaycanın tərkibində həll edilməsi barədə mövqe ortaya qoydu. 1998-ci ildə “ümumi dövlət” prinsipi masada olarkən 7 rayonun qaytarılması və Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması barədə dəqiq göstərilən tələblə müzakirə diplomatik uğur idi? Yoxsa 1999-cu ildə ATƏT-in İstanbul memorandumunda konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin nəzərdə tutulması diplomatik uğur sayılır?

Madrid prinsipləri diplomatik uğur kimi təqdim edilir. Halbuki orda aydın şəkildə göstərilir ki, Dağlıq Qarabağ yalnız Azərbaycan razı olduğu halda müstəqil ola bilər. Budurmu diplomatik uğur?

2011-ci ilin Kazan danışıqları diplomatik uğur sayıla bilər? Hansı ki, Azərbaycan qapını çırpdı, ancaq Ermənistan rəhbərliyi müsahibələr verdi ki, biz 7 rayonu qaytarmağa hazırıq, ancaq Azərbaycan daha çox istəyir”.

Paşinyan 25 il ərzində bütün beynəlxalq sənədlərdə Azərbaycanın ərazilərinin işğal olunduğu faktının dəqiqliklə göstərildiyini xatırladıb:

“2013-cü ildə Azərbaycan hərbi eskalasiyaya başlayarkən onu heç kim ittiham etmədi. Niyə? Ona görə ki, təyyarədə tualetə girib qapını bağlayarkən, orda “occupated” yazılır (Köçəryanın sitatina işarə edilir – red.). Çoxları inanmır, ancaq bu sitat 2000-ci ildə danışıqlar aparan şəxsin sözləridir”.

Paşinyan Rusiyanın mövqeyinə də diqqət çəkib və bu ölkənin də əraziləri qaytarmağı tələb etdiyini vurğulayıb:

“Yaxşı, biz Rusiya ilə münasibətləri korladıq, siz isə yaxşı saxlayırdınız. Əgər siz belə yaxşı münasibət saxlayırdınızsa, bizim strateji müttəfiqimizlə Qarabağın statusunu niyə həll etmədiniz? Niyə 2016-cı il aprel savaşından sonra Azərbaycan cəzalanmadı? Çünki siz getdiniz və başaşağı razılaşdınız ki, Azərbaycanın müharibə aparmaq haqqı var və Bakının haqqını legitimləşdirdiniz”.

Tarix
2020.12.05 / 12:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?

Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?

Silahla gəlib dedi ki, məni Mehdiyev göndərib...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla