Yuxarı

Mahirə görə iclas keçirildi - Niyə oynamır?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mahirə görə iclas keçirildi - Niyə oynamır?

Almaniya 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”də çıxış edən Mahir Emreli Azərbaycan millisinin düşərgəsindən qayıtdıqdan sonra klubda hücumçu ilə bağlı iclas keçirilib.

Axar.az Futbolinfo.az-a istinadən xəbər verir ki, iclasda klub idarəçiləri, forvardın menecerləri və baş məşqçi iştirak edib. Müzakirə olunan məsələ isə Mahirin Kayzerslautern təmsilçisinin heyətində niyə meydana çıxmaması və baş məşqçinin ona hansı səbəbdən şans verməməsi olub.

Maraqlıdır ki, yığmamızın forvardını israrla istəyən klubun çalışdırıcısının ona səbəbsiz yerə şans verməməsi ortaya çıxıb. Baş məşqçi Torsten Liberknext buna tutarlı səbəb gətirə bilməyib. O, müxtəlif bəhanələrlə özünə haqq qazandırmağa çalışıb.

Çalışdırıcı əvvəlcə futbolçunun məşq prosesindən narazılığını ifadə edib. Amma Mahirin menecerləri və futbolçu məşqdəki statistikaları göstərdikdən sonra bunun yalan olduğu ortaya çıxıb.

Daha sonra isə Liberknext Azərbaycan yığmasının İslandiyaya qarşı oynadığı matçdan öncə keçirdikləri oyunda Mahirin zədəli olmasını, həmin vaxt isə keçirdikləri matçda qələbə qazandıqlarını və buna görə qalib heyəti dəyişmək istəmədiyini bildirib. Lakin əvvəlcə başqa söz deyən məşqçinin sonradan bunu ortaya atmasının bəhanə olduğu görünür.

Təəccüblüsü odur ki, “Kayzerslautern” “Hannover”lə bütün məsələlərdə razılığa gələn Mahiri son anda fikrindən danışındıraraq onunla müqavilə imzalayıb. Onlar müxtəlif yollarla forvardın keçidində israr ediblər.

İndi Emrelinin oynamamasının günahı isə özündə deyil. Futbolçu hələ komandaya transfer olunduğu dönəmdə bir çox variantlardan məhz oynamaq istədiyi üçün imtina edib. O, daha çox meydanda olmaq istəyini nəzərə alaraq qərar verib.

Məsələ burasındadır ki, baş məşqçi tərəfindən Mahirə qarşı ayrıseçkilik edilir. Komandada olan yerli futbolçularla azərbaycanlı oyunçu arasında fərq qoyulur. Bu gün Mahirin “Kayzerslautern”də yaşadığı problemin də kökündə bu durur.

Tarix
2025.10.24 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla