Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü
18:10
| Ana səhifə Planet |
|
Türkiyə Baş naziri Əhməd Davudoğlunun səs telləri mitinqlərdə qışqırdığı üçün tutulub.
Axar.az xəbər verir ki, səsi tutulan Davudoğluna həyat yoldaşı Sarə Davudoğlu danışmaq qadağası qoyub.
Davudoğlu xanımının qadağasına əməl edərək, mitinqlərə qədər bir şəhərdən digərinə gedərkən nümayəndə heyətləri ilə danışmaqdan imtina edib.
Qeyd edək ki, Türkiyədə iyunun 7-də parlament seçkisi baş tutacaq. Davudoğlunun sədri olduğu AKP də daxil olmaqla seçkilərdə iştirak edəcək partiyalar təbliğat-təşviqat kampaniyası aparırlar.
|
Tarix
2015.05.16 / 11:29
|
Müəllif
Əli Taleh
|