Keçmiş SSRİ-də məşhur olan "Yeralaş" uşaq kinojurnalının
yaradıcısı Boris Qraçevskinin Moskvadakı mənzili qarət
olunub.
Axar.az Sputnik-ə istinadən xəbər verir ki, naməlum şəxs və ya
şəxslər onun Gilyarovsk küçəsində yerləşən mənzilinə daxol olaraq
600 min Rusiya rublu məbləğində oğurluq ediblər.
Oğurluq barədə polisə adı açıqlanmayan qonşu qadın müraciət
edib. Qraçevskidən qarət barədə polisə hər hansı şikayət daxil
olmayıb. Onun Çitada ezamiyyətdə olduğu bildirilir.
Lakin qadın qarətin nə vaxt baş verdiyi barədə dəqiq tarix
göstərməyib. Ehtimal olunur ki, oğurluq hadisəsi 21-23 may
aralığında törədilib.
Rusiyanın əməkdar incəsənət xadimi olan Qraçevski "Yeralaş" uşaq
kinojurnalının bədii rəhbəridir.
Sözügedən yumoristik proqram ilk dəfə 1974-cü ildə efirə çıxıb.
Proqramın əsası Aleksandr Xmelik və Boris Qraçevski tərəfindən
qoyulub.