Yuxarı

“Forbes” bakılı milyarder xanımı siyahısından sildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Forbes” bakılı milyarder xanımı siyahısından sildi

Anqolanın sabiq prezidenti Eduardo dos Santosun qızı İzabel dos Santos milyarderlər siyahısını tərk edib.

Axar.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Məlumata görə, 2019-2020-ci illərdə aparılan istintaq nəticəsində onun Anqola və Portuqaliyadakı bütün aktivləri dondurulub. Bundan başqa 2020-ci ilin yayında Portuqaliya hökuməti hissələrinin 72 faizi İzabel dos Santosa məxsus olan “Efacec Power Solutions SGPS SA” şirkətini müsadirə etmişdi.

Nəticədə “Forbes” onun dondurulmuş aktivlərinin dəyərini sıfır olaraq qiymətləndirib. 2013-cü ildə İzabel dos Santosun varidatı 3.5 milyard dollar dəyərində qiymətləndirilirdi.

Qeyd edək ki, İzabel dos Santosun 1973-cü ildə Bakıda dünyaya gəlməsi haqqında məlumatlar yayılmışdı. İzabel dos Santos Anqolanın sabiq prezidenti Jise Eduardi dos Santosun bakılı Tatyana Kukanova ilə nikahından olan ilk övladıdır. Anqolanın sabiq prezidenti vaxtilə Azərbaycan Neft Akademiyasında təhsil alıb.

Tarix
2021.01.22 / 22:39
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla