Yuxarı

Dünyanın müdafiə xərcləri 1,9% artdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın müdafiə xərcləri 1,9% artdı

Dünyanın müdafiə xərcləri artaraq, 1,93 trilyon dollara çatıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Jane`s” informasiya analitik mərkəzi yayıb. Məlumata görə, 2020-ci ildə artım 2019-cu illə müqayisədə 1,9% çox olub.

Dünyanın ümumi müdafiə xərcinin 2%-i Rusiya və MDB ölkələrinin payına düşüb.

Müdafiə xərcləri baxımdan ən böyük artım Avropada qeydə alınıb: 5,6%.

Mərkəz 2021-ci ildə dünyanın hərbi xərclərinin artımının böhran ucbatından zəifləyəcəyini bildirib:

“Pandemiyanın maliyyələşməyə ən ciddi təsiri böyük ehtimalla 2022-ci ildə qeydə alınacaq. Bu tarixdə hökumətlər xərcləri məhdudlaşdıracaqlar. Bununla belə müdafiə xərcləri 2030-cu ilə qədər 2,23 trilyon dollara yüksələcək”.

Mərkəz MDB və Rusiyanın hərbi xərclər baxımından payının 2030-cu ildə 3%-ə yüksələcəyini qeyd edib.

2020-ci ildə hərbi xərclər baxımından ən böyük payın Şimal Amerikaya düşdüdüyü bildirilib. Şimali Amerika dünyanın hərbi xərclərinin 40%-nə sahib olub. Ondan sonrakı yerlərdə Asiya-Sakit okean regionu (28%), Qərbi Avropa (15%), Yaxın Şərq və Şimali Afrika (9%), Latın Amerikası (3%), Rusiya və MDB (2%), Şərqi Avropa (2%), Böyük Səhradan cənubdakı Afrika (1%) qərarlaşıb.

Tarix
2021.01.26 / 10:23
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla