Yuxarı

İraqdan ABŞ-a daha bir etiraz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İraqdan ABŞ-a daha bir etiraz

ABŞ Müdafiə naziri Eşton Karterin CNN-ə verdiyi qalmaqallı müsahibəsinə Bağdaddan cavab gəlib.

Axar.az xəbər verir ki, İraq parlamentinin Təhlükəsizlik və müdafiə komitəsi Ramadinin İŞİD-in əlinə keçməsində İraq ordusunun "böyük pay sahibi" olduğunu söyləyən Karterə cavab olaraq bildirib ki, Pentaqon rəhbərinin İraq ordusunu aşağılaması orduda ruh düşkünlüyü yaratmağa hesablanıb.

Parlamentdə təşkil olunan mətbuat konfransında çıxış edən komitə sədri Hakim Zamili bu şərhlərin yolverilməz olduğunu deyib:

"Müdafiə və təhlükəsizlik komitəsi Karterin İraq ordusunun savaş cəsarəti haqda şübhələrini qəbul etmir. İraq ordusu Diyala, Əmirli, Səlahəddin, Sincar kimi strateji bölgələri terrorçulardan təmizləyib. Cənab Karterin şərhi İŞİD-ə xidmət edir".

İraq rəsmisi ABŞ rəhbərliyinə səslənərək, Vaşinqtonu Bağdad hökuməti ilə imzaladığı silahlandırma müqaviləsini yerinə yetirməyə çağırıb.

Bu arada ABŞ-ın vitse-prezidenti Co Bayden Baş nazir Heydər əl Abadiyə zəng edərək İraq ordusunu tərifləyib.

İraq Nazirlər Kabinetindən verilən açıqlamada bildirilir ki, telefon danışığında bölgədəki vəziyyət müzakirə olunub. Bayden öz növbəsində İraq ordusuna hər cür dəstəyin veriləcəyini deyib.

Xatırladaq ki, az öncə İraq Baş nazirinin müavini Saleh əl-Mütləq də ABş generalının çıxışına etiraz etmişdi.

Tarix
2015.05.27 / 00:46
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla