Yuxarı

28 may Azərbaycan Günü elan edildi - Vaşinqtonda

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
28 may Azərbaycan Günü elan edildi - Vaşinqtonda

Vaşinqton şəhərinin meri Müryel Bouzer (Muriel Bowser) 2015-ci ilin 28 may tarixinin ABŞ paytaxtında rəsmi olaraq Azərbaycan Milli Günü elan edilməsi barədə Bəyanat imzalayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, sənəddə 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk dünyəvi müsəlman Demokratik Respublikası olduğu, bütün vətəndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara seçkilərdə iştirak etmək hüququnu vermiş ilk müsəlman ölkəsi olduğu qeyd edilir. Azərbaycanın ABŞ-ın önəmli strateji tərəfdaşı olduğu vurğulanır. Bildirilir ki, sayı 40 milyondan artıq olan dünya Azərbaycanlıları 97 ildir ki 28 may tarixini Milli Gün kimi qeyd edir.

ABŞ paytaxtında 28 may tarixinin Azərbaycan Milli Günü elan edilməsi artıq bir ənənəyə çevrilib. Hazırda ABŞ-ın digər ştatlarında və ayrı-ayrı şəhərlərində də 28 mayın Azərbaycan Milli Günü elan edilir.

Qeyd edək ki, keçən ilin sonu Vaşinqtonun meri seçilmiş M.Bouzer şəhər tarixinə bu vəzifəyə seçilmiş ikinci qadın kimi düşüb.

Tarix
2015.05.27 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla