Yuxarı

Paşinyan mitinqdə sirləri açdı: Sərkisyana dedim ki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan mitinqdə sirləri açdı: Sərkisyana dedim ki...

Müharibədən sonra istefa haqqında düşünürdüm, amma mən baş nazir olmağa qərar verməmişəm, xalq məni seçib. Ona görə də xalq mənim istefam barədə qərar verməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hazırda Respublika meydanında davam edən mitinqdə deyib.

O bildirib ki, biz növbədənkənar seçki keçirməyi təklif etdik, amma müxalifət bu təklifi rədd etdi.

“Qoy xalq getməyimə qərar versin, qoy xalq məni meydanda güllələsin”, - o bildirib.

Nikol Paşinyan Prezident Armen Sərkisyanla telefonla danışdığını da qeyd edib:

“Dedim ki, o gərək Onik Qasparyanın qovulması barədə qərarı imzalasın. Əgər imzalamasa, bu o deməkdir ki, o, müxalifətə qoşulur”.

Paşinyan deyib ki, Onik Qasparyana istefası və ordudan getməsi barədə ərizə yazmasını təklif edib:

“O, ordunu xalqa qarşı qaldıra bilməz. Mən buna izn verməyəcəym. Yerdə qalan hərbçilər qoy xidmətlərinə qayıtsınlar.

Generalların və zabitlərin çoxusu bəyanata birbaşa rəhbərlərinin əmri ilə imza atıblar. Xalqa və onun qanuni hakimiyyətinə qarşı çıxış edən istənilən şəxs dövlətə qarşı çıxış edir.

Gizlətməyəcəyəm, ordunun hesabına uzun illər zənginləşən hökumət bu gün də orduda təsirini saxlayır”.

Qeyd edək ki, Baş Qərargahın Paşinyanın istefası tələbi ilə bağlı bəyanatı yayılandan sonra baş nazir onun vəzifədən qovulması barədə təqdimat yazıb. Prezident Armen Sərkisyan hələ də təqdimatı imzalamayıb.

Tarix
2021.02.25 / 17:05
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla