Yuxarı

Britaniya parlamentindən Xocalı ilə bağlı bəyanat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya parlamentindən Xocalı ilə bağlı bəyanat

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Azərbaycan xalqına başsağlığı ifadə edən bəyanat yerləşdirilib.

Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qruplarının rəhbəri Cavanşir Feyziyev Axar.az-a bildirib ki, bəyanatın müəllifləri Nümayəndələr Palatasının üzvləri, Böyük Britaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri, Mühafizəkarlar Partiyasının üzvü Bob Bləkmən və Demokratik Unionistlər Partiyasının üzvü Cim Şennondur.

Bəyanatda deyilir: “Regionda baş vermiş münaqişə zamanı Azərbaycan vətəndaşlarına qarşı törədilmiş kütləvi qətliamda həyatını itirmiş insanların xatirəsini hörmətlə anır və fevralın 26-da Xocalı qətliamının 29-cu ildönümünü anan Azərbaycan xalqına Nümayəndələr Palatası adından başsağlığı ifadə edirik”.

Bəyanatda, həmçinin uzunmüddətli sülhün əldə edilməsi üçün tərəflərin səylərinə dəstək ifadə olunur.

C.Feyziyev bildirib ki, Böyük Britaniya hər zaman olduğu kimi, erməni faşizminin əyani sübutu olan Xocalı soyqırımının anım günündə də Azərbaycan xalqının və dövlətinin yanında yer alır və bununla da beynəlxalq ədalət prinsiplərinə dəstək vermiş olur.

Tarix
2021.02.25 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla