Yuxarı

Qaçaq ABŞ agentindən inanılmaz – İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaçaq ABŞ agentindən inanılmaz – İddia

ABŞ kəşfiyyatının dinləmə qalmaqalını dünyaya yayan və harada yaşadığı bilinməyən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq işçisi Eduard Snouden Vaşinqtonun qeyri-qanuni izləmə proqramını bərpa etmək istədiyini iddia edib.

Axar.az xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatının Londonda təşkil etdiyi video konfransda Tvitter vasitəsilə sualları cavablandıran Snouden Ağ Evin bu məqsədlə terror təhdidini bəhanə etdiyini irəli sürüb:

"Problem odur ki, ABŞ rəhbərliyinin kütləvi izləmə proqramını qeyri-qanuni qəbul etməsinə baxmayaraq, terror təhdidini bəhanə gətirərək yenidən aktivləşdirməsidir".

Müsahibə zamanı Snouden ABŞ Milli Təhlükəsizlik Agentliyinin İngiltərənin Baş naziri Devid Kameronun e-poçtunu asanlıqla oxuya biləcəyini iddia edib:

"Kameron və başqa bir neçə nəfər bazada var. Yəni Milli Təhlükəsizlik Agentliyi şefi istəsə bunu edə bilər".

Snouden Rusiyadan başqa digər ölkələrə göndərdiyi sığınacaq tələbinə də münasibət bildirib. O, Qərbi Avropa da daxil olmaqla 21 ölkəyə sığınacaq tələbi göndərdiyini, hələ də cavab gözlədiyini bildirib.

Tarix
2015.06.03 / 13:41
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla