Yuxarı

Milyonlarla hindistanlı eyni vaxtda Qanq çayına girdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxmaya görə dünya ölkələri arasında ikinci sırada dayanan Hindistanda milyonlarla insan müqəddəs günlə bağlı Qanq çayında çimib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, ötən gün milyonlarla hindu müqəddəs "Kumbh Mela" bayramını qeyd etmək üçün ölkənin Uttarxand əyalətindəki Haridvar şəhərinə axın edib. Hindular dini ayinlərə əsasən günorta saatlarında Qanq çayında çimiblər. Məlumata görə, eyni vaxtda 2,1 milyon hindu çaya girib.

Adətə görə, müqəddəs "Kumbh Mela" dini bayramında hindular çayda çimərkən bütün günahlardan təmizlənir, ölümdən xilas olurlar.

Səhiyyə qurumları insanları pandemiya dövründə bu ayindən imtina etməyə çağırda da, sonradan hökumət sosial məsafə və təhlükəsizlik qaydalarına riayət etməklə ayini yerinə yetirməyə icazə verib. Lakin ayin zamanı polis sosial məsafənin qorunması məsələsinə nəzarət etməkdə aciz qalıb.

Hindistanda bu günə qədər 13 689 453 nəfər koronavorisa yoluxub. Bu sayla Hindistan ABŞ-dan sonra ikinci sıradadır. Virusa yoluxan 171 mindən çox insan vəfat edib.

Tarix
2021.04.13 / 17:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla