Yuxarı

Nikol-Onik savaşı: TŞ iclasının səs yazısı yayıldı – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol-Onik savaşı: TŞ iclasının səs yazısı yayıldı – Video

12:58

Ermənistan Təhlükəsizlik Şurası 30 sentyabrda keçirilən iclasda çıxış edən keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın səs yazısını yayıb.

Axar.az xəbər verir ki, səs yazısında Qasparyanın cəbhədə vəziyyətin nəzarət altında olduğu və ordunun qoyulan tapşırıqları icra etməsinə dair sözləri yer alıb. Qasparyanın çıxışında müharibənin dayandırılması sözləri yer almayıb.

Qeyd edək ki, noyabr ayında Onik Qasparyan müharibənin 4-cü günündə Paşinyana savaşı dayandırmağı təklif etdiyini bildirmişdi. Onun bu çıxışına 6 ay sonra əvvəlcə Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan, daha sonra isə Baş nazir Nikol Paşinyan reaksiya vermiş və belə təklifin olmadığını bildirmişdi.

Bundan sonra iclasın stenoqramı yayılmış, Qasparyan hökumətin stenoqramın mətnini saxtalaşdırdığını iddia etmiş və Paşinyanı təhqir etmişdi.

***

Onik Qasparyan sözügedən iclasdakı çıxışının tam mətninin yayılmasını tələb edib.

O, həmçinin onun çıxışının tam mətninin yayılmasının ardınca Ermənistan Prezidenti Armen Sərkisyanın da çıxışının yayılmasının vacibliyini bildirib. İddia edib ki, Sərkisyanın çıxışı çox məsələlərə aydınlıq gətirəcək.

Tarix
2021.04.20 / 16:11
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Tərifli göz həkimi göz dağı verir - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

Tramp bəyan etdi: Bu gün axşam İranla...

"Expressbank" əməkdaşları üçün seminar keçirildi - Foto

İsanın heykəlini sındırana cinayət içi açılıb – Netanyahu

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

Bu ölkələrin səfirləri XİN-ə çağırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla