Yuxarı

Ərdoğan liderləri saraya çağırır: HDP və MHP rədd etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan liderləri saraya çağırır: HDP və MHP rədd etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Höküməti qurma vəzifəsi verilmədən öncə liderlərlə görüşmək planım var" açıqlamasından sonra bütün diqqət CHP, MHP və HDP liderlərinə istiqamətlənib. HDP və MHP liderləri dəvət gəlmədən Ərdoğanın təklifindən imtina edib.

Axar.az xəbər verir ki, prezidentin bu açıqlamasından sonra "Hürriyet" siyasi liderlərə sual ünvanlayaraq Ərdoğanın dəvət edəcəyi təqdirdə prezident sarayına gedib-getməyəcəyini soruşub. CHP başqanı Kamal Kılıçdaroğlunun cavabı belə olub:

"Sabah ( red – bu gün ) Partiya Məclisi iclasımız var. Bu mövzunu orda müzakirə edəcəyik. Bundan başqa nəsə deməyim düzgün olmaz".

MHP başqanı Dövlət Baxçalı: "Cənab cümhurbaşqanımızın ənənəvi havayı söhbətərindən biri. Konstitusiyamıza görə, təkbaşına siyasi partiya iqtidar ola bilmirsə, iqtidarı qura biləcək ən çox səs toplamış bir partiyanın rəhbərininin müəyyən edilməsi onun vəzifəsidir. Vəzifələndirmək Konstitusiyadır, Anayasadır, amma istiqamətləndirmək prezidentə xas "qaçaq" bir hərəkətdir. "Qaçaq" saraya dəvətə getmərəm. Kabineti qurmağı Davudoğluna və ya başqa birinə həvalə edərsə, onunla görüşə bilərik, çünki koalisiyanı ona təhvil verəcək. Vəzifələndirmə Ərdoğanda, qurma Davudoğluda olar. Bununla Ərdoğan gözdən pərdə asmaq, hamıyla görüşdüm demək, səhvlərini unutdurmaq istəyir. O qədər də önəmsəmək lazım deyil".

HDP başqanı Səlahəddin Dəmirdaş və Figen Yüksəkdağ da prezidentin dəvətini qəbul etməyəcəklərini açıqlayıb:

"Prezidentin bizim rəyimizi almaq kimi bir öhdəliyi yoxdur. O vəzifəni versin və hökumətin qurulub-qurulmayacağını gözləsin".

Tarix
2015.06.15 / 13:03
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla