Yuxarı

“Nyu York Tayms”: “Bakı Formula-1 yarışlarına hazırlaşır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nyu York Tayms" qəzetində Azərbaycanın Formula-1 yarışlarına hazırlaşdığı haqda məqalə dərc olunub.

Axar.az xəbər verir ki, "Bakı Formula-1 yarışlarında debüt etməyə hazırlaşır" başlıqlı məqalədə hazırda Azərbaycan paytaxtında I Avropa Oyunları kimi böyük idman yarışının keçirildiyi qeyd olunur:

"I Avropa Oyunlarında idman xəritəsini yaradan Bakı gələn il öz küçələrində daha çox azarkeş kütləsinə malik olan Formula-1 yarışlarını qəbul edəcək. Azərbaycan Bakı Qranprisi adlandırılan bu yarışlar üçün indidən hazırlığa başlayıb".

Bakı Qranprisi üzrə əməliyyat komitəsinin rəhbəri Çingiz Mehdiyev qəzetin əməkdaşlarına müsahibəsində bildirib ki, yarışlar üçün lazım olan hər şey həyata keçirilir: "Biz artıq başa çatmaqda olan layihə üzərində işləyirik. Lakin görüləsi işlər var və bunları mərhələli olaraq həyata keçirdirik. Bütün işlər yarışdan əvvəl plana uyğun şəkildə reallaşacaq".

Məqalədə qeyd olunur ki, köhnə şəhərin möhtəşəm arxitekturası, şəhər mərkəzi və Xəzər dənizinin ətrafını əhatələyən yol artıq təsdiqlənib.

"Hesab edirəm ki, bu yarışlar fantastik olacaq. Avtomobillər dənizkənarı üzrə irəliləyərək UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınan İçərişəhər ətrafından keçəcəklər. Bu, sürücülər üçün geniş meydan deməkdir", - Mehdiyev vurğulayıb.

Məqalədə qeyd olunur ki, Azərbaycanda beynəlxalq idman yarışlarının keçirilmə tarixi yenidir, lakin Bakı öz potensialından çıxış edərək iddiasını irəli sürür.

"Nyu York Tayms" Gənclər və İdman naziri Azad Rəhimovun "Röyters" agentliyinə müsahibəsində dediyi fikirlərə də yer verib: "Bizim üçün dünyanın idman xəritəsində yerimizi tutmaq vacibdir. Əslində biz idman üslubu olan ölkəyik. Ölkəmizdə böyük gənc nəsil var. Azərbaycan əhalisinin 66 faizinin yaşı 55-dən aşağıdır".

Məqalədə bildirilir ki, hazırda Bakıda Avropa Oyunları səviyyəsində böyük idman yarışı keçirilir:

"Qarşıda Bakını digər böyük yarışlar da gözləyir. Misal üçün, 42-ci Şahmat Olimpiadası və futbol üzrə Avropa Çempionatının bir neçə qrup oyunları Azərbaycanın paytaxtında təşkil olunacaq".

Tarix
2015.06.25 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla