Yuxarı

Ərdoğana çağırış: Türkiyə hərbi müdaxilə etsin!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğana çağırış: Türkiyə hərbi müdaxilə etsin!

Prezident Rəcəb Tayyib Ərdoğandan Menbiç və Tel Rifat başda olmaqla, Suriyanın digər bölgələrindən muzdlu qüvvələrin çıxarılması üçün hərbi müdaxilə etməsini istəyirik.

Axar.az xəbər verir ki, bunu Suriya Müxalifət və İnqilabçı Qüvvələrin Milli Koalisiyasının rəhbəri Nəsir Həriri deyib.

“Türkiyədən, Rəcəb Tayyib Ərdoğandan, Suriyaya əhəmiyyət verən bütün azad dünyadan xalqın və milli ordunun yanında olmasını, Menbiç və Tel Rifat başda olmaqla, Suriyanın digər bölgələrindən muzdlu qüvvələrin çıxarılması üçün hərbi müdaxilə tələb edirik. Terror təşkilatlarına dəstək verən ölkələrdən, xüsusilə ABŞ-dan terrorçulara hərbi və siyasi dəstək vermələrini dayandırmasını, eyni zamanda dinc əhaliyə qarşı istifadə edilən ağır silahları geri çəkmələrini istəyirik”, - N.Həriri bildirib.

Qeyd edək ki, iyunun 12-də YPG/PKK Afrində xəstəxananı raket zərbələri ilə vurub. Hücum zamanı 14 nəfər ölüb, 32 insan isə yaralanıb.

Tarix
2021.06.15 / 18:56
Müəllif
Samir Soltanov
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla