Yuxarı

İsraildə aksiya: Ermənistanın müharibə cinayətləri...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsraildə aksiya: Ermənistanın müharibə cinayətləri...

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Hayfa şəhərindəki Yunesko meydanında aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, aksiyanın məqsədi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqət çəkmək, Ermənistanın müharibə cinayətlərini hələ də davam etdirməsinə etiraz bildirmək olub.

Azərbaycan və İsrail bayraqları ilə aksiyaya qatılan təşkilat üzvləri Ermənistanın mina cinayətləri, eləcə də həlak olan media təmsilçilərinin fotoları əks olunan plakatlar nümayiş etdirib, Ermənistanın müharibə cinayətlərinə son qoyması üçün çağırışlar ediblər. Plakatlarda “Azərbaycanlı jurnalistlərə qarşı Ermənistanın müharibə cinayətləri”, “Erməni terroruna son”, “Ermənistan azərbaycanlı jurnalistlərin qatilidir” şüarları əks olunub.

Aksiyada yerli sakinlərə Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə geniş məlumat verilib, işğalçı dövlətin cinayətkar əməllərinə göz yummamaları üçün beynəlxalq təşkilatlara müraciət ünvanlanıb.

Tarix
2021.06.20 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla