Yuxarı

Tramp təhqir etdi: NBC əlaqələri kəsdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp təhqir etdi: NBC əlaqələri kəsdi

Amerikanın NBC telekanalı immiqrantlarla bağlı çıxışından sonra məşhur iş adamı Donald Trampla iş əlaqələrinə son qoyub.

Axar.az xəbər verir ki, 2016-cı ildə ABŞ prezident seçkiləri üçün Respublikaçı Partiyadan namizədliyə adını irəli sürən iş adamı Tramp immiqrantlarla bağlı söylədiyi sözlərindən sonra kəskin reaksiyalarla üzləşib.

NBC televiziyası bundan sonra iş adamı Tramp ilə NBC-nin ortaq işi olan "Miss USA" və "Miss Universe" proqramlarının artıq yayınlanmayacağını və "Celebrity Apprentice" proqramının da Trampsız davam edəcəyi açıqlayıb:

"NBC bütün insanlara hörmət və ləyaqət dəyərlərimizin əsas meyarıdır. Trampın immiqrantlarla bağlı alçaldıcı şərhinə görə NBC Universal Donald Trump ilə iş əlaqələrini kəsir".

Qeyd edək ki, Tramp ABŞ 2016-cı ildə keçiləcək prezident seçkilərinə namizərdliyini açıqlayarkən meksikalı köçkünlərin "çox problemli" olduğunu və problemlərini ABŞ-a daşıdıqlarını söyləmişdi. O, Meksika sərhədinə çox böyük bir divar çəkəcəyini və pulunu isə Meksikanın ödəyəcəyini bildirmişdi. Bunun səbəbini isə Meksikanın ABŞ-a təcavüzçü, narkotik satıcısı və günahkarlar göndərməsi kimi açıqlamışdı.

Tarix
2015.07.01 / 08:20
Müəllif
Jalə Səmədova
Digər xəbərlər

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla