Yuxarı

İranlılar Gorus-Qafana “alternativ” tapdı, yolda qaldılar - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranlılar Gorus-Qafana “alternativ” tapdı, yolda qaldılar - Video

Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsindən istifadə etməmək üçün torpaq yola baş vuran iranlı sürücülər ciddi problemlərlə üzləşiblər.

Axar.az erməni mediasına istinadən xəbər verir ki, alternativ torpaq yolunun dar və sərt döngələri irihəcmli sisternlər və TIR-ların hərəkətini mümkünsüz edir. Belə ki, bu yük maşınlarından biri sərt döngələrdən birindəcə ilişib və bütün yolu bağlayıb.

Bunun nəticəsində “alternativ yoldan” istifadə etməyə çalışan yük maşınlarının hamısı tıxaca düşüb. Yalnız uzun müddət çalışandan – traktorun yardımı ilə sözügedən ərazidə nisbi genişləndirmə aparıldıqdan və çoxsaylı sakin və polisin dəstəyindən sonra maşını ordan çıxartmaq mümkün olub.

Qeyd edək ki, Gorus-Qafan yolunun 21 km-lik hissəsi Azərbaycan ərazisindən keçir. İran yük maşınlarının Qarabağ iqtisadi rayonunun rus sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsində məskunlaşan ermənilərə qanunsuz yük daşıması üzə çıxdıqdan sonra Azərbaycan gömrükçüləri və polisi bu maşınları yoxlamağa başlayıb: onlardan həm tranzit rüsumu alınır, həmçinin sənədlərinə nəzarət edilir. Ötən gün “Ermənistanın Xankəndi şəhərinə” yazılmış qaimə ilə yük aparan 2 iranlı sürücü isə saxlanılıb. Onlar Azərbaycan şəhərini Ermənistan şəhəri saymaqla bərabər, Azərbaycan ərazisinə qanunsuz daşıma həyata keçirməkdə ittiham edilir.

Tarix
2021.09.16 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla