Yuxarı

Professor: Ərdoğanla Putin tarixi razılaşma əldə edə bilər - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Professor: Ərdoğanla Putin tarixi razılaşma əldə edə bilər - Video

09:00

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə şəxsi görüşdə tarixi bir razılaşmaya imza ata bilər.

Axar.az xəbər verir ki, bunu türkiyəli professor Həsən Ünal Ərdoğan və Putinin bu gün Soçidə baş tutacaq görüşü haqda deyib.

"Liderlərin saziş bağlayacaq bir şeyləri yoxdursa, Ərdoğan kimi bir siyasətçi niyə şəxsən Soçiyə gedir? Açıqca təsəvvür olunan bir şey var, düşünürəm ki, bu bir razılaşmadır. Ölçüsünü qiymətləndirmək çətindir, amma kifayət qədər böyük bir şey gözləyirəm", - professor vurğulayıb.

Politoloq Türkiyə ilə Rusiya arasında gələcək razılaşmada Suriya ilə bağlı bir növ kompromisin ola biləcəyini istisna etməyib:

"Anlaşma Yaxın Şərqdə, Aralıq dənizi, Qara dəniz bölgəsində və Qafqazda tarazlığı qorumaq məqsədi güdür".

Qeyd edək ki, cari ilin iyul ayında H.Ünal Moskvanın Şimali Kipri müstəqil dövlət kimi tanıması müqabilində Krımla bağlı bir müqavilə bağlana biləcəyini söyləmişdi.

Tarix
2021.09.29 / 12:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla