Yuxarı

Oliqarx: “Putini mən hakimiyyətə gətirmişəm”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oliqarx: “Putini mən hakimiyyətə gətirmişəm”

Rusiya Beynəlxalq Sənaye Bankının yaradıcısı Sergey Puqaçov Vladimir Putinin ilk dəfə prezident seçilməsi ilə bağlı yeni açıqlamalar verib.

Axar.az xəbər verir ki, "Faynenşl Tayms" qəzetinə verdiyi müsahibəsində Puqaçov Putinin namizədliyini Boris Yeltsinin yerinə ilk dəfə onun təklif etdiyini deyib.

Bankirin sözlərinə görə, bu addım ölkəni itirməmək üçün qaçılmaz idi.

"Dövlət Duması çevriliş hazırlayırdı və Yeltsin və ailəsinə qarşı cinayət işinin açılmasına cəhd edirdi. Biz uğrunda mübarizə apardığımız hər şeyi qorumalı idik. Məhz mən Tatyana Dyaçenko və Valentina Yumaşevanı razı saldım ki, Yeltsini Putini hökumətə rəhbər təyin etməyə və sonradan müvəqqəti olaraq istefa vermək üçün yola gətirsinlər. Şəxsən mən Putini hakimiyyətə gətirmişəm. Mən 9 ay gecə-gündüz buna nail olmaq üçün əlləşdim", - Puqaçov bildirib.

Bankir bildirib ki, dövlət üçün 24 saat işləməyə adam lazım idi. Lakin Puqaçov burada səhv etdiyini etiraf edib.

O, əmin idi ki, arxasında heç bir siyasi nailiyyət dayanmayan bir şəxsi idarə etmək asan olacaq:

"SSRİ-nin çökməsinə qədər o həyatının çox hissəsini kommunal evlərdə keçirmişdi. Yalnız 40 yaşından sonra meriyada işləməyə başladı".

Puqaçovun sözlərinə görə, Putinə Novo-Oqarevodakı iqamətgahını göstərəndə yeni prezidentin heyrətdən gözləri bərəlmişdi.

Qeyd edək ki, Rusiya Beynəlxalq Sənaye Bankının 2010-cu ildə lisenziyası ləğv edilmişdi, noyabrda isə bank özünü bankrot elan etmişdi.

Tarix
2015.07.24 / 17:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla