Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Sentyabr 2019


Rusiya Qafqazın işğalı üçün gizli təlimə başlayır – Özəl

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Rusiya üçün əsas hədəflərdən biri Gürcüstan və Azərbaycandır".

Bu barədə Axar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib. Onun sözlərinə görə, Rusiya bütün tərəfləri provokasiyaya çəkmək istəyir:

"Rusiya üçün Cənubi Qafqaz dövlətlərinin müstəqilliyi qəbuledilməz olaraq qalır. Bu isə o deməkdir ki, Rusiya növbəti addımını atmaq üçün sadəcə zamanın gəlməsini gözləyir. Bu gün Rusiyanın əsas hədəflərindən biri Gürcüstan və Azərbaycandır. Biri Avropa, digəri isə Asiya qapısı olan bu coğrafi bölgə strateji önəm daşıyır. Rusiya beynəlxalq güclərlə mövqe mübarizəsində çox gerilədiyi üçün daxilinə çəkilərək, köhnə postsovet məkanında güclənmək istəyir. Bunun yolunu isə işğalda görür. Bizdə olan informasiyaya görə, Rusiya tarixdə ilk dəfə olaraq Ermənistan ərazisində "Qafqaz 2015-2016" kod adı altında ən böyük hərbi və kəşfiyyat təliminə hazırlaşır. Bu yeganə təlimdir ki, orda sadəcə Müdafiyə Nazirliyi əsgərləri deyil, həmçinin Federal Təhlükəsizlik Xidməti (FSB) və Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlı kəşfiyyat qrupları, Daxili İşlər Nazirliyinə tabe qoşunlar iştirak edəcək. Bunun bir məqsədi var – Cənubi Qafqazı işğal etmək. Rusiyanın bu təlimi öz ərazisində deyil, məhz Ermənistanda keçirməsi buna işarədir. Bunun iştirakçı sayına görə ən böyük təlim olacağı da deyilir. Qərb artıq bu barədə məlumatlıdır və Gürcüstan dövlətinə xəbərdarlıq edilib ki, istənilən provokativ addımdan uzaq dursunlar. ABŞ istəyir ki, Gürcüstanı bu təhlükələrdən qorumaq üçün onun Alyansa qəbulunu sürətləndirsin. Bu baş verəcəyi halda Rusiyanın Cənubi Qafqazı işğalı mümkünsüzdür. Rusiya isə Gürcüstanı Alyansa qəbulundan öncə işğal etmək niyyətindədir. Artıq tərəflər açıq şəkildə prosesdən xəbərdardırlar. Əgər 2016-ci ildə NATO Gürcüstanla bağlı əsaslı qərar qəbul etməsə, o zaman Rusiyanın müdaxilə imkanı genişlənəcək".

Qeyd edək ki, bu gün Gürcüstanın Müdafiə naziri Tinatin Xidaşeli Gürcüstanın NATO-ya üzv olmayacağı təqdirdə bunun Tiflis üçün əsl faciəyə çevriləcəyini bildirib. Bundan başqa bir neçə gün öncə Rusiyanın dəstəyi ilə Gürcüstanın iki kəndi alınaraq Cənubi Osetiyaya qatılıb. Nəticədə Bakı-Supsa neft kəmərinin bir hissəsi Cənubi Osetiyanın tərkibinə daxil edilib.

Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri isə bir neçə gün öncə İrəvana səfər edib. Onun bu səfərinin cəbhə xəttində vəziyyətin gərgin olduğu günə təsadüf etməsi bir çoxlarında Rusiya ilə bağlı yeni sualların meydana gəlməsinə səbəb olub.

Tarix
2015.07.27 / 13:31
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Müharibə olsa, İran bu ölkəni məhv edəcək - Hizbullah

Tramp: İrana qarşı ən böyük sanksiya tətbiq edildi

Gürcü nazirdən Mirzəyevə: Vəziyyət ürəkaçan deyil!

Putin istirahət günlərini necə keçirir? - Açıqlama

Hind okeanından Aralığa qədər... – Səfəvi hədələdi

Paşinyan atasını həbs etdirdi, Sərkisyan oğlunu general etdi

Ərdoğan-İmamoğlu yarışı: Kim qalib gələ bilər? - Sorğu

Macarıstanın baş naziri Bakıya gəlir

Maduro Rusiyaya gedir

Lukaşenkodan mühüm addım: AB ilə viza...

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla