Yuxarı

ABŞ-da qızğın müzakirə: “Masadan qalxsaq...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri Maliyyə naziri Cek Lev və Enerji naziri Ernest Monizlə birgə Nümayəndələr Məclisi Xarici əlaqələr komitəsində İranla əldə olunan razılıqla bağlı sualları cavablandırıb.

Axar.az xəbər verir ki, Kerri çıxışında Konqresin İranla əldə olunan razılığı təsdiq etməyəcəyi halda ən yaxşı fürsətin əldən qaçırılacağını deyib.

Lakin bir həftə öncə olduğu kimi, bu gün də Kerri və onu müşayiət edən nazirlər sərt tənqidlərə məruz qalıb.

Xarici əlaqələr komitəsinin Respublikaçılar Partiyasından olan sədri, Kaliforniyadan seçilən senator Ed Roys Tehran rəhbərliyinin razılığı pozacağını iddia edib. 64 yaşlı siyasətçi İranın razılaşmanı imzalamaqla hiyləyə əl atdığını deyib:

"İran imzaladığı hər müqavilədə hiyləyə əl atdı. Bu ölkənin keçmişinə baxın. İndiyədək Tehran hansı ölkənin yanında etibarını qazanıb? Bu razılaşma ilə İranın nüvə silahı əldə etməsinin qarşısı alınmadığı kimi, Tehranın bölgə siyasəti də dəyişməyəcək. Əgər bu anlaşma təsdiqlənsə, İran nağd gəlir bolluğu yaşayacaq. Sazişin qəbul edilməsi onların beynəlxalq mövqeyini canlandıracaq və nüvə silahı üçün yaşıl işıq yanacaq. Sanksiyaların qaldırılması ilə İranın sərhədləri kənarındakı addımları ilə mübarizə aparmaq şanslarımız azalacaq. İran güclənməyə davam edərkən biz cavab vermək üçün daha da gücsüz olacağıq".

Komitədə Demokratlar Partiyasının ən qocaman üzvü Eliot Engel da razılaşmaya qarşı çıxıb. 68 yaşlı siyasətçi 15 ildən sonra İranın yenidən "nüvə eşqinə" düşəcəyini bildirib.

Departament rəhbəri Con Kerri isə bütün bu tənqidlərin qarşısında cavabsız qalmayıb. Onun sözlərinə görə, razılaşma ilə Tehranın nüvə silahı əldə edəcəyi bütün yollar bağlanacaq:

"Bu müqavilədə heç bir şərt güvənə söykənməyib. Müzakirələrə başladığımızda İranı nüvə bombasından bir neçə ay ayırırdı. İndi isə bu fikir yoxdur. Razılaşma təsdiq edilməsə, o zaman nə olacaq? Daha pisi nədir, bilirsinizmi? Əgər masadan qalxsaq, tək qalxmış olacağıq. Ortaqlarımız bizimlə birlikdə olmayacaq. İran onları masaya oturmağa vadar edən çoxyönlü şərtlərdən qurtulmuş olacaq. Biz problemi sülh yolu ilə həll etmək üçün ən yaxşı fürsətdən məhrum olacağıq".

Tarix
2015.07.29 / 14:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Baxçalı “Əhməd Cavad Şərəf” medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla