Yuxarı

Diplomatik qalmaqal bitdi - Ərdoğandan mühüm açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasdan sonra ənənəvi olaraq xalqa müraciət edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Afrika siyasəti, regional proseslərə təsir, beynəlxalq aləmdəki proseslərə münasibət, eləcə də ölkə daxilində tətbiq olunan sosial-iqtisadi tədbirlərdən bəhs edib.

2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdində iştirak etmək ittihamı ilə həbsdə olan Osman Kavalanın azadlığa buraxılmasına çağırış edən on dövlətin səfirlərinə bir daha kəskin etirazını bildirən Ərdoğan deyib ki, Türkiyə məhkəməsi heç kimdən təlimat almaz, kimsənin də əmrini yerinə yetirməz:

"Keçmişdə uzun müddət bu anlayışla ölkəmizə rəhbərlik edənlər indi Türkiyə öz mövqeyini ortaya qoyan kimi panikaya düşüblər. Türkiyənin mehribanlığını zəiflik olaraq görüb köhnə vərdişlərinə üz tutanlar səhvlərini qəbul etmədikləri müddətcə cavablarını alacaqlar. Bəzi ölkələrin səfirliklərinin verdiyi bəyanatı da eyni şəkildə qəbul edirik. Bu münasibət ölkəmizdəki məhkəmə sisteminə, prokurorlarımıza, vəkillərimizə və bütün məhkəmə orqanlarına təhqirdir. Konstitusiyamızın 138-ci maddəsində qeyd edildiyi kimi, Türkiyə məhkəmə sistemi heç kimdən əmr almır. Müstəqil və qərəzsiz məhkəmə sistemimizlə ədliyyə üzvlərimizə lazımi cavabı vermək bizim borcumuzdur. İnanırıq ki, Vyana Konvensiyasının 41-ci maddəsinə sadiq olduqlarını bildirən bu səfirlər indi bəyanatlarında daha diqqətli olacaqlar.

Dünyada bu qədər əzab və haqsızlıqların yaşandığı bir vaxtda heç kim Türkiyəni məqsədlərinin qanun, hüquq olduğuna inandıra bilməz. Müstəqil və qərəzsiz məhkəmə sistemimizlə lazımi cavabı vermək dövlət başçısı olaraq ilk növbədə bizim borcumuzdur. Məqsədimiz böhran yaratmaq deyil, Türkiyənin şərəfini, qürurunu və ləyaqətini qorumaqdır. Bu gün səfirliklərin verdiyi açıqlama ilə səhvləri aradan qaldırıldı, situasiya əvvəlki vəziyyətə qayıtdı. Onu da bildirmək istəyirəm ki, ölkəmizin müstəqilliyinə hörmət etməyən hər kəs titulundan asılı olmayaraq, bu ölkədə yaşaya bilməz".

Qeyd edək ki, Ərdoğan Kavala ilə bağlı bəyanat imzalayan 10 səfirin "persona non qrata" elan edilməsi barədə tapşırıq verdiyini açıqlamışdı. Türkiyə liderinin hazırkı mövqeyi səfirlərin yeni bəyanatını dəyərləndirməsi və tapşırığını ləğv etməsi anlamında qəbul olunub.

Tarix
2021.10.25 / 23:20
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla