Yuxarı

ABŞ Türkiyəyə reaktivlər və zabitlər göndərir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Tayms" ("The Times") qəzeti ABŞ-ın Almaniyadakı 480-ci hava bazasını İncirliyə köçürəcəyini iddia edib.

Axar.az xəbər verir ki, qəzet Spangdahlem bazasında xidmət aparan təxminən 200 zabitin də Türkiyəyə gətiriləcəyini bildirib. Xəbərdə gətiriləcək heyətin İncirlik təcrübəsi olduğu və 1991-ci ildə Körfəz müharibəsində iştirak etdiyi qeyd olunur.

BBC-nin məlumatına görə, İncirlik və Türkiyədəki digər bazalara göndərilməsi ehtimal olunan təyyarələr arasında "Reaper" adlı silahlı pilotsuz müharibə təyyarələri və İngiltərədəki Suffolk bazasındakı "F-15E Strike Eagle" reaktivləri ola bilər.

Xəbərdə o da qeyd olunub ki, ABŞ reaktivləri Suriyadakı İŞİD hədəflərini vurmaq üçün körfəzdəki bazalardan təxminən 1000 mil (1609 km) uçmaq məcburiyyətində olduğu halda, bu məsafə İncirlik sayəsində 250 milə (təxminən 400 km) enəcək:

"Bu, təyyarələrə hədəflərə bir saatdan da az vaxtda çatmağa və Suriya üzərində 6 saata qədər uçuş etməyə imkan verəcək".

Xəbərdə 480-ci bazanın nə vaxt İncirliyə köçürüləcəyi deyilməyib.

Tarix
2015.07.30 / 12:17
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla