Yuxarı

Rusiya BMT TŞ-nin qərarına veto qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya MH17 səfər saylı sərnişin təyyarəsinin bir il öncə Ukraynanın şərqində vurulması ilə bağlı beynəlxalq məhkəmənin qurulması istiqamətində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) qəbul edilən qərara veto qoyub.

Axar.az xəbər verir ki, keçirilən səsvermədə Malayziyanın digər ölkələrlə birgə hazırladığı layihəni 11 ölkə dəstəkləyib. Lakin TŞ-nin daimi üzvü Rusiya qəbul edilməsi üçün yetərli səs qazanan layihəyə veto edib. Anqola, Venesuela və Çin bitərəf qalıb.

İki səhifəlik qanun layihəsində təyyarə faciəsi "beynəlxalq sülh və təhlükəsizliyə təhdid" olaraq qiymətləndirilib və BMT nizamnaməsinin 7-ci bəndinə uyğun olaraq məhkəmənin qurulması nəzərdə tutulub.

Məhkəmənin qurulmasında məqsəd isə Malayziya Hava Yollarına aid MH17 səfər saylı təyyarənin məhv edilməsində əli olan şəxslərin cəzalandırılmasıdır.

Səsvermədən sonra sualları cavablandıran Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin qanun layihəsində siyasi motivlərin olduğunu önə sürüb:

"Biz dəfələrlə bunu həmkarlarımıza izah etmişik. Onları alternativlər üzərində düşünməyə çağırdıq. Ancaq layihəni hazırlayanlar əməkdaşlıq ruhu ilə hərəkət etməyi rədd etdi. Hadisənin beynəlxalq sülh və təhlükəsizliyə təhdid olaraq qiymətləndirilməsi düzgün deyil. Rusiya günahkarların təsbiti və cəzalandırılması məqsədi ilə BMT TŞ-nin 2166 saylı qərarı əsasında müstəqil və tərəfsiz istintaqın aparılmasının tərəfdarıdır. Bu gün sərgilədiyimiz siyasətin cəzasızlığa mükafat verməklə heç bir əlaqəsi yoxdur".

Tarix
2015.07.30 / 13:38
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla