Yuxarı

Rusiya ordusu Ukraynaya doğru hərəkət edir - Peyk görüntüləri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ordusu Ukraynaya doğru hərəkət edir - Peyk görüntüləri

Krasnodar şəhərində Ukrayna istiqamətində hərəkət etdiyi bildirilən daha onlarla Rusiya tankının görüntüləri yayılıb. Kadrlara əsasən, modernizə edilmiş T-72B tanklarını daşıyan dəmiryol eşelonu Krasnodar vağzalını tərk edir. Bu tanklar “Javelin” tank əleyhinə raketlərinə və zərbə dronlarına qarşı mühafizə sistemi ilə təchiz edilib. Həmin mühafizə sistemi tankın qülləsinin üzərində yığılmış metal konstruksiyadan və qülləni tank əleyhinə raketdən qorumaq üçün nəzərdə tutulan metal tordan ibarətdir.

Belə primitiv mühafizə sistemini Rusiya tanklarında 44 günlük Qarabağ müharibəsindən sonra quraşdırmağa başlayıblar və konstruktorların fikrincə, onlar tankları havadan kamikadze-dronların zərbəsindən və tank əleyhinə raketlərdən qoruya biləcək.

Məlumata görə, tankları daşıyan dəmiryol eşelonu Ukrayna sərhədləri istiqamətində hərəkət edib. Bundan əvvəl xəbər verilmişdi ki, Ukrayna ordusu separatçıların təmas xəttinə doğru hərbi texnika cəmləşdirməsi ilə bağlı ABŞ-dan aldığı “Javelin” raket komplekslərini cəbhəyə göndərib.

***

Yeni əldə edilmiş peyk görüntüləri Rusiyanın Ukrayna sərhədlərinə yenidən hərbi texnika və qoşun hissələri cəmləşdirdiyini təsdiq edir.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, “Maxar Texnologi” şirkətinin kommersiya peykinin çəkdiyi sensasion görüntüləri ABŞ-ın "Politiko" nəşri yayıb. Bildirilir ki, Rusiya 2021-ci ilin yaz aylarında da Ukrayna sərhədlərinə iri qoşun qruplaşmaları cəmləşdirmişdi.

Yeni təsvirlərdə isə Ukrayna sərhədlərinin bir neçə kilometrliyində, o cümlədən Belarus sərhədləri yaxınlığında yerləşən Yelni şəhəri ətrafında zirehli tank hissələrinin, özüyeriyən artilleriya qurğularının və çoxsaylı digər hərbi texnikanın, o cümlədən avtomobil texnikasının cəmləşdirildiyi görünür. Bildirilir ki, həmin bölmələr, o cümlədən Rusiya ordusunun elit 1-ci qvardiya tank diviziyası sentyabrın sonlarından etibarən Ukrayna sərhədlərinə doğru hərəkət ediblər.

“Jane’s İntelligence” nəşrinin ötən gün, noyabrın 1-də apardığı analiz isə göstərib ki, Rusiya ordusunun 4-cü tank diviziyası da Ukraynanın şimal sərhədlərinin yaxınlığında yerləşən Bryansk və Kursk şəhərləri ətrafında cəmləşdirilib. Diviziya T-80U tankları və özüyeriyən artilleriya kompleksləri ilə təchiz edilib. Bildirilir ki, 1-ci qvardiya tank diviziyasının bəzi hissələri də həmin rayondadır. Nəşrin analizinə əsasən həmin tank ordusu bütün səviyyələrdə döyüş əməliyyatlarının, o cümlədən irimiqyaslı hücumun aparılması üçün nəzərdə tutulub. Bu tank birləşməsi ən yeni texnika ilə təchiz edilib.

"Politiko" qeyd edir ki, Rusiyanın Ukrayna sərhədlərinə yenidən qoşun cəmləşdirməsi bu ölkənin NATO-ya üzvlüyü barədə müzakirələrin aktivləşdiyi vaxta, o cümlədən ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Kiyevə səfəri ərəfəsində təsadüf edir. Həmin səfər zamanı Lloyd Ostin Ukraynanın öz xarici siyasətini müəyyən etmək haqqına malik olduğunu və ABŞ-ın bu ölkəyə hərbi dəstək verəcəyini bəyan edib.

Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsinə paralel olaraq Donbassda da gərginlik artıb, separatçıların Ukrayna ordusunun mövqelərini artilleriya atəşinə tutması intensivləşib. virtualaz.org qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri də bu təxribatlara cavab verir və təmas xəttinə qoşun hissələri cəmləşdirir.

"Vaşinqton Post" (The Washington Post) qəzeti də ötən şənbə günü amerikalı və avropalı rəsmilərə istinadən Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirdiyini yazmışdı. Orada peyk fotolarından söhbət gedirdi, amma həmin fotolar dərc edilməmişdi. Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Anton Semelrot jurnalistlərə açıqlamasında deyib: “Bizə Rusiyanın Ukrayna sərhədləri yaxınlığında qeyri-adi fəallığı barədə məlumatlar daxil olub, amma biz Rusiyanın niyyətinin nədən ibarət olduğunu bilmirik. ABŞ regionda deeskalasiyanı və Ukraynanın şərqindəki münaqişənin diplomatik yolla nizamlanmasını dəstəkləyir. Artıq bəyan etdiyimiz kimi, bizim Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyimiz sarsılmazdır”.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə ötən gün bildirib ki, Bayden administrasiyası Ukrayna ətrafındakı situasiyanı diqqətlə izləyir.

Xatırladaq ki, bundan əvvəl bəzi Rusiya nəşrləri də Ukrayna sərhədlərinə zirehli texnika eşalonlarının, habelə “İsgəndər-M” operativ-taktiki raket komplekslərini cəmləşdirdiyi barədə məlumatlar, görüntülər yaymışdı.

Tarix
2021.11.02 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər" yoxsa "Azəri"? - Millət vəkilindən mühüm şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla