Yuxarı

Arınç: “Civildəyən bir qadına sus dedim…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arınç: “Civildəyən bir qadına sus dedim…”

"Civ-civ civildəyən bir qadına "sus" deməyimə görə məni günahkar çıxardılar".

Axar.az-ın məlumatına görə, bunu Türkiyə Baş nazirinin köməkçisi Bülənt Arınç səsləndirib.

Parlamentdə HDP-nin Diyarbəkirdən olan millət vəkili Nursəl Aydoğana "bir sus, qadın" söyləyən Arınç ictimai qınaqla üzləşib.

Onun fikrincə, PKK-nı terror təşkilatı kimi görməyən və bu silahlı birləşmənin əməllərini cinayət saymayan millət vəkilləri ilə heç bir ortaq dəyər ola bilməz:

"Mən bir qadına və onun həyatına qarşı çıxan insan deyiləm. Ancaq parlamentdə iki sualım oldu və hələ də cavabını ala bilməmişəm. Bu suallarıma cavab verə bilməyənlər mənə həqarət etməkdədirlər.

Yenə soruşuram - Ceylanpınarda evində yatan iki gənc polisimizi öldürənlər özlərini HPG ünsürləri kimi təqdim etdilər. Yəni PKK-nın bir qolu. Bunlar belə etdilərsə, cəzalarını verəcəyik.

Bir hərbçimiz xanımı və övladı ilə Malazgirtdə yeməyə getdi, restorandan çıxanda avtomobilində vuruldu. Yenə PKK üzərinə götürdü. Məclisdə həmin millət vəkillərindən soruşdum ki, PKK bu cinayətləri öz üzərinə götürdüyü halda niyə onları lənətləmirsiz? Ancaq qarşılığında bir qadına "sus" dediyim üçün məni günahlandırırlar".

Tarix
2015.08.01 / 10:17
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla