Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
01:55
| Ana səhifə Planet |
|
Əfqanıstanda Talibana bağlı Hakkani təşkilatının lideri Cəlalləddin Hakkaninin ölüm xəbəri yayılıb.
Axar.az xəbər verir ki, təşkilata yaxın qaynaqlar liderin 1 il öncə öldürüldüyünü bildirib.
Hakkaninin ölümü ilə bağlı Pakistan mediası məlumat yaysa da, əfqan səlahiyyətlilər onun 6 il öncə öldüyünü iddia edir.
Hakkani ailəsinə yaxın bir qaynaq isə təşkilat liderinin öldümü ilə bağlı yayılan məlumatların yalan olduğunu, liderin yaşadığını bildirib.
Taliban da Hakkaninin ölümünü təkzib edib. Mediaya sızdırılan səs yazısında təşkilat liderinin yaşadığı qeyd olunub:
"Bəzi media orqanları Hakkaninin öldürüldüyünü bildirib. Bu iddialar həqiqəti əks etdirmir. Bir müddət öncə onun sağlamlığında problem yaranmışdı. Lakin indi hər şey qaydasındadır".
|
Tarix
2015.08.01 / 16:58
|
Müəllif
Şəmsəddin Ənsar
|