Yuxarı

Fermerlərə çatmayan subsidiyalar hara gedir? - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir neçə ildə kənd təsərrüfatına ayrılan məbləğ artmaqda davam edir. 10 il əvvəl bu rəqəm iki dəfə aşağı idi. 2007-ci ildə aqrar sahəyə subsidiyanın verilməsi ilə bağlı qərar qəbul edilmişdi. O vaxt cəmi 80 milyon manat subsidiya verilmişdi.

Bu sözləri Axar.az-a kənd təsərrüfatı üzrə ekspert, iqtisadçı Vahid Məhərrəmli 2022-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 997,3 milyon manat vəsait nəzərdə tutulmasına münasibət bildirərkən deyib.

“Bəs bu müddət ərzində istehsalda artım baş verdimi? İdxalda azalma, ixracda artım oldumu? Apardığımız araşdırmalar göstərir ki, o zaman da ayrılan subsidiyalar kəndlilərə, fermerlərimizə çatmayıb. Məmurlar subsidiyaların əsas hissəsini cürbəcür yollarla mənimsəyirdilər. İndi kənd təsərrüfatına verilən subsidiyaların həcmi 359 milyon manata qədər artıb. İndi də ayrılan subsidiya bu sahədə çalışan işbazlara gedir”.

Ekspert bildirib ki, aqrar sahəyə ayrılan maliyyə resursunun artırılması ilə bu sahədə gələn il də hər hansı irəliləyişin olacağına inamı azdır:

“Nə qədər çox vəsait ayrılırsa, bir o qədər geriləmənin şahidi oluruq. 477,5 milyon manat aqrar sahəyə çəkilən xərcləri təşkil edəcək. Burada təxminən yarısı subsidiya, yarısı da dövlət məmurlarına, onların yerli strukturlarına, əmək haqlarına, texniki vasitələrə və digər məsələlərə ayrılan xərclərdir”.

Onun sözlərinə görə, hökumətin kəndlilərə etibar etməsi vacibdir:

“2007-ci ildə də kəndlilərə, fermerlərə etibar etmirdilər, indi də. İndi elektron qeydiyyat aparırlar. Kəndlini gözlədib, məhsul yığımından sonra subsidiya ayırmağa nə gərək var? Hökumət fermerlərə etibar etməlidir. Fermerin əkin sahəsinə və ya məhsula görə subsidiya nəzərə alınır. Fermer əvvəlki ildə nə qədər məhsul istehsal edibsə, o, əsas götürülə bilər. Buna uyğun əvvəlcədən fermerə avans kimi subsidiya vermək lazımdır. Onsuz da həmin subsidiyanı hökumət sonunda verir. Bir var ki, fermerin əlində vəsait ola, istehsal xərclərini vaxtında qarşılaya, onda vaxtında nəticə əldə edə bilər. Bir də var, fermer qohumundan, tanışından, banklardan pul axtarışında olur. Bu isə vaxt itkisidir. Ona görə də dövlət kəndliyə etibar etməlidir. Əgər istehsalla məşğul olmayacaqsa, ilin sonunda məhsulun miqdarından məlum olacaq ki, kəndli aldığı pulu təsərrüfata xərcləməyib. O zaman pulu geri tələb etmək mümkündür. Əslində mexanizm çox sadədir, lakin bunu qəlizləşdiriblər”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində 2022-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 997,3 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Həmin vəsaitdən kənd təsərrüfatı tədbirləri üçün 477,5 milyon, baytarlıq tədbirləri üçün 47,5 milyon, meliorasiya, irriqasiya və suvarma sistemlərinin maliyyə təminatı üçün 459,7 milyon, kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər üçün 12,6 milyon manat ayrılması proqnozlaşdırılır.

Tarix
2021.11.24 / 13:27
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Azərbaycanla strateji addımlar atırıq – İrandan açıqlama

MM-də Dövlət Suverenliyi Günü ilə bağlı konfrans başladı

Trampın Əliyevlə bağlı paylaşımı – Bozoyan “narahat” oldu

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla