Yuxarı

Consonun Makrona təklifi Parisi qəzəbləndirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Consonun Makrona təklifi Parisi qəzəbləndirdi

Böyük Britaniyanın Baş naziri Boris Conson Fransa Prezidenti Emmanuel Makrona La-Manş kanalı boyunca qanunsuz miqrasiya ilə mübarizə üçün mühacirləri Fransaya aparmasını təklif edib. Sözügedən təklif Fransa tərəfini qəzəbləndirib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, Fransanın daxili işlər naziri Cerald Darmanin etiraz əlaməti olaraq britaniyalı həmkarı Priti Patellə planlaşdırılan görüşü ləğv edib. Darmanin bildirib ki, Baş nazirin Fransa liderinə miqrasiya problemi və onun həlli ilə bağlı məktubu məyusedicidir, onun ictimaiyyətə açıqlanması məktubun özündən də pisdir. Fransa rəsmiləri qeyd edirlər ki, Britaniya Baş naziri nəinki münasibətləri korlayıb, həm də böhranın həllində öz səriştəsizliyini nümayiş etdirib.

Qeyd edək ki, La-Manş kanalını keçməyə çalışan 31 miqrantın ölümündən sonra Fransa və Böyük Britaniya hakimiyyəti qanunsuz miqrant axınının dayandırılması üçün təcili tədbirlərin görülməsi barədə birgə razılığa gəlmişdilər.

Tarix
2021.11.26 / 13:56
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla