Yuxarı

İstanbulda dəhşət: maşınlar aşdı, evlərin damı qopdu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda dəhşət: maşınlar aşdı, evlərin damı qopdu - Video

2021.11.29. 19:02

Türkiyədə əlverişsiz və yağıntılı hava şəraiti davam edir.

Axar.az xəbər verir ki, İstanbulda səhər saatlarından əsən və axşama doğru daha da güclənən külək bir sıra evlərin dam örtüyünü uçurub. Şəhərin bir çox bölgəsində dam örtükləri vətəndaşların və avtomobillərin üzərinə düşüb. İstanbulun Əsənyurd və Sultanqazi rayonlarında baş verən analoji hadisə nəticəsində 4 nəfər həlak olub, 19 nəfər xəsarət alıb.

Əsən güclü külək ölkənin Bursa vilayətində 270 illik çinar ağacını kökündən çıxarıb. Şəhərin Osmanqazi rayonunda evlərin dam örtükləri tramvay xətlərinin və vaqonların üzərinə düşüb. Bu səbəbdən bəzi tramvay reysləri təxirə salınıb. Trabzon-Bursa aviareysi üzrə hərəkət edən “Anadolu Jet” aviaşirkətinə məxsus təyyarə güclü cənub-qərb küləyi səbəbindən Yenişəhər hava limanına enə bilməyib və Ankaraya yönləndirilib.

Ölkə ərazisində yağan güclü yağışlar nəticəsində İzmirdə və Kocaelidə avtomobil və tramvay yollarında böyük gölməçələr yaranıb, bəzi ictimai obyektləri su basıb. Bir sıra qayığa ciddi ziyan dəyib. İstanbul, İzmir, Bursa və digər vilayətlərdə dəniz səfərləri müvəqqəti dayandırılıb. İstanbulun Bosfor boğazı da gəmi keçidləri üçün müvəqqəti bağlanıb.

Hidrometeoroloqlar əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyini bildirirlər. Bu barədə əhaliyə xəbərdarlıq edilib.

***

İstanbulda qasırğa nəticəsində xəsarət alanların sayı artıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

O qeyd edib ki, təbii fəlakət nəticəsində 38 nəfər yaralanıb, 4 nəfər həlak olub.

***

İstanbulda küləyin sürəti saatda 130 km-ə çatıb. Dağıntılar, tələfat artmaqdadır.

Türkiyə mediası qasırğada ölənlərin sayının 5-ə qalxdığını bildirib.

***

İstanbul, Kocaeli, Sakarya, Yalova və Bursa güclü külək və və fırtına səbəbindən 30 noyabrda əyani tədris dayandırılıb.

Tarix
2021.11.30 / 00:14
Müəllif
Axar.az
Digər xəbərlər

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla