Yuxarı

Bu türk xalqı mübarizədə tək qalıb...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin təhlükəsizlik xidməti fəal uyğurları həm ölkə daxilində, həm də ölkə xaricidə təqib edir. Böyük Britaniyanın “Qardian” qəzetində yayımlanan məqalədə Çin xəfiyyəsinin uyğurların deportasiyasına nail olmaq üçün müxtəlif ölkələrdəki fəaliyyətini genişləndirdiyinə dair geniş məqalə yayımlanıb. Fəal uyğurlar hər yerdə izlənilirlər.

Axar.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu uyğun türklərinin mübarizəsi ilə bağlı qeyd edib.

O bildirib ki, bu vəziyyətdə uyğurlar özlərini qorumaq və beynəlxalq aləmdən dəstək axtarmaq məcburiyyətindədirlər. Fəal uyğurlar bu məqsədlə Beynəlxalq Cinayət Məhkəməsinə müraciət ediblər. Məqsəd məhkəmənin Çin hakimiyyətinin insanlıq əleyhinə cinayətlərini, soyqırımı siyasətini araşdırmasıdır:

“Pekinin xaricdəki uyğurları necə ram etməyə çalışır? Birincisi, Çin xəfiyyələri ayrı-ayrı ölkələrə ezam olunaraq uyğurları inandırmağa çalışırlar ki, geri qayıtmalarında problem yoxdur, təqib olunmayacaqlar. Uyğurlar geri qayıtmaq istəmədikdə, Çin xəfiyyələri həmin uyğurların Çindəki qohumlarını nəzarətə götürəcəkləri ilə hədələyirlər. Nəticədə bəzi uyğurlar qohumlarına əzab verilməsin deyə Çinə qayıdır. Geri qayıdanlar Çinə ayaq basan kimi aldandıqlarını anlayırlar. Həmin uyğunlar Çinə ayaq basan kimi nəzarət altına alınır, sorğu-sual edilirlər.

İkincisi, Çin xəfiyyələri müxtəlif ölkələrdə yaşayan uyğurlar arasında fikir ixtilafı yaratmağa çalışırlar. Çin xəfiyyələrinin pulla ələ aldıqları uyğurlara da rast gəlinir. Məsələ burasındadır ki, uyğurların siyasi sığınacaq aldıqları ölkələrdə miqrant həyatı ağırdır, maliyyə çatışmır. Belə durumda Çin xəfiyyələri pulla uyğurların bir qismini ələ almağa çalışır ki, onlara işləsinlər”.

Politoloq qeyd edib ki, müxtəlif ölkələrdə siyasi sığınacaq tapan uyğurların əksəriyyəti əzab-əziyyətə qatlanaraq və Çin xəfiyyələrinin hədələrinə sinə gərərək, mübarizələrini davam etdirirlər. Bu mübarizədə onların uğursuzluqları da olur:

“Misal üçün Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi ilkin mərhələdə uyğurların şikayələrinı qəbul etməyib. Məsələ burasındadır ki, Çin Beynəlxalq Cinayət Məhkəməsi ilə müqavilə bağlamadığına görə bu məhkəmənin yurisdiksiyasından kənardadır. Ancaq mühacirətdə fəaliyyət göstərən Şərqi Türküstan hökuməti və Şərqi Türküstan Milli Oyanış Hərəkatı Haaqaya yeni sənədlər təqdim ediblər. Bu sənədlərdə Çin rejiminin uyğurlara qarşı həyata keçirdiyi zorakılıq hallarıyla bağlı konkret sübutlar əks olunub. Həmin sənədlərdə içgəncəyə məruz qalmış uyğurların ifadələri də yer alıb.

Uyğurlar dünyanın müxtəlif ölkələrinə yayılıblar. Çin özünün iqtisadi gücü və yatırımları hesabına bir çox ölkəyə yol açıb. Pekin bu siyasətin davamı kimi yatırım qoyduğu ölkələrə siyasi şərtlərini də diktə etməyə başlayıb. Bunlardan biri uyğurların həmin ölkələrdən Çinə məcburi deportasiyalarının təmin edilməsidir. Əlbəttə, bir çox ölkə Çinin uyğurların deportasiyası tələbini rədd edib. Ancaq elə ölkələr də var ki, Çindən iqtisadi asılılıq onları Pekinin siyasi tələblərini yerinə yetirməyə sürükləyib”.

E.Şahinoğlu Avropa Birliyinin uyğurlara əzab verən çinli məmurların siyahısını tərtib etdiyini də xatırladıb. İşgəncələrdə adı hallanan çinli məmurlara qarşı sanksiyalar tətbiq olunacaq:

“Pekin isə Brüsselin bu addımına qarşı Avropa Birliyi ilə investisiyalar haqqında sənədi ratifikasiya etməyəcəyini bəyan edib”.

Tarix
2021.12.03 / 22:43
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla