Koalisiya qüvvələri ilə
birlikdə təyyarələrlə İŞİD silahlılarını bombalayan Almaniya, digər
tərəfdən də terror təşkilatının İraq və Suriya ərazisində çıxardığı
nefti gizli şəkildə beynəlxalq bazarda satır.
Report xəbər verir ki, Almaniya İŞİD-dən aldığı
nefti Tartus limanı vasitəsi ilə Avropaya aparır və satır.
Milyonlarla dollarlıq neftin gəlirini isə nağd olaraq terror
təşkilatına ödəyir.
Dünyanın ən zəngin terror təşkilatı İŞİD-in ən mühüm gəlir
mənbəyi Suriyada ələ keçirdikləri neft bazalarıdır. İŞİD-in
nəzarətindəki neftin dünya bazarlarına necə çıxarıldığı məlum
olub.
Məlumatda qeyd olunur ki, İŞİD nefti Suriya və İraqda fəaliyyət
göstərən Qərb ölkələrinin şirkətlərinin vasitəsi beynəlxalq
bazarlara daşınır və satılır. Beynəlxalq koalisiyanın İŞİD-i
bombardman etməsinə baxmayaraq, onun niyə dağılmaması istiqamətində
aparılan araşdırmaların nəticəsində məlum olub ki, terror təşkilatı
Qərb şirkətlərinin apardığı gizli ticarət sayəsində
maliyyələşir.
Eyni zamanda, terror təşkilatının Suriya ərazisində ələ
keçirdiyi neft yataqlarından çıxardığı neftin satışından götürdüyü
gəlirlə silah əldə etdiyi bildirilib. Həmçinin, İŞİD-in neftin
barelinin 20 dollara, bəzi yerlərdə isə 15 dollara satdığı da
deyilir. Yerli bazarlarda neftin satışını isə Əsədin qohumları ilə
birlikdə kürd qaçaqmalçıları həyata keçirir.
Digər mühüm məqam isə alman şirkətlərinin bu işdə maraqlı
olmasıdır. Almanlar nefti Avropaya satmaq üçün iki marşrutdan
istifadə edir. Bunlardan birincisi İran və Dubay vasitəsilə, digəri
isə Tartus limanıdır. Nefti alan almanlar tankerlərlə "qara qızılı"
Aralıq dənizi sahilindəki Tartus limanına çatdırır. Buradan da neft
gəmilərlə Avropa ölkələrinə göndərilir.