Yuxarı

Alimlər qalaktikada naməlum obyekt aşkar etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimlər qalaktikada naməlum obyekt aşkar etdi

Avstraliyalı elm adamları Süd Yolu qalaktikasında əvvəllər görünməmiş naməlum fırlanan obyekt aşkar etdiklərini bildiriblər.

Axar.az BBC-yə istinadən xəbər verir ki, ilk dəfə Curtin Universitetinin fəxri tələbəsi Tayron O'Doherti tərəfindən kəşf olunan naməlum obyektin hər 18 dəqiqədən bir böyük radio enerjisi buraxdığı müşahidə edilib.

Beynəlxalq Radio Astronomiya Tədqiqatları Mərkəzinin Curtin Universiteti qovşağındakı tədqiqat qrupunun rəhbəri astrofizik Nataşa Harli-Volker kosmosda belə halların çox baş verdiyini, lakin bu cür aktiv olan bir obyektin çox az müşahidə edildiyini bildirib.

Astrofizikin sözlərinə görə, tədqiqat qrupu obyektin Yerdən təxminən 4 min işıq ili uzaqda olduğunu, inanılmaz dərəcədə parlaq və son dərəcə güclü maqnit sahəsinə malik olduğunu müəyyən edə bilib.

Qeyd edək ki, obyektin nə ola biləcəyi ilə bağlı nəzəriyyələrə neytron ulduzu və ya çökmüş ulduz qalıqları olması ehtimal edilir.

Tarix
2022.01.27 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla