Yuxarı

Davudoğlunun müavini: “MHP atamın partiyasıdır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Davudoğlunun müavini: “MHP atamın partiyasıdır”

MHP atam Alpaslan Türkeşin partiyasıdır və Dövlət Baxçalı da daxil olmaqla kimsə məni üzvlükdən xaric edə bilməz, heç kəsin buna gücü çatmaz.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Baş nazirinin müavini vəzifəsini qəbul edən MHP millət vəkili Toğrul Türkeş çıxış edib.

Partiyadan ona yönəlik ittiham və tənqidlərə sərt cavab verən Türkeş bəyan edib ki, MHP onun həyatıdır. O, AKP-dən transfer təklifi almadığını deyərək, bir siyasi intihara getdiyini söyləyib.

"Bəlkə də 2 ay sonra siyasətdən gedəcəyəm. Amma belə zamanda bu riskləri etməsək, nə vaxt edəcəyik?

Bu, ölkənin keçdiyi ağır bir dövrdə məcburiyyətdən irəli gəlir. Ola bilsin ki, məni siyahıya salmasınlar, onda siyasəti buraxıb öz hücrəmə çəkiləcəyəm", – deyə Türkeş vurğulayıb.

Qeyd edək ki, Baş nazir Əhməd Davudoğlunun müvəqqəti hökumət üçün vəzifə təklifini qəbul etdiyinə görə Türkeşə partiyasından sərt qınaqlar gəlməkdədir.

Tarix
2015.08.29 / 15:43
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla