Yuxarı

Türkiyə rus turistlərin 2/3-ni itirdi: ümid almanlaradır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə rus turistlərin 2/3-ni itirdi: ümid almanlaradır?

Bu yay Türkiyə kurortlarında Rusiya vətəndaşlarının sayı dəfələrlə az olacaq. Bu vəziyyət uçuşlar və kredit kartları ilə bağlı problemlər səbəbindən yaranıb.

Axar.az xəbər verir ki, bu barədə “Döyç Velle” nəşri məlumat yayıb.

Qeyd edilir ki, bu mövsüm Rusiyadan Türkiyəyə 1,7 milyona qədər turist uça bilər ki, bu da ötən ildəki rusiyalıların sayının üçdə birini təşkil edir. Hələlik iyul və avqust ayları üçün demək olar ki, sifariş yoxdur. Bundan əlavə, uçuşlar və kredit kartları ilə bağlı problemlər vəziyyəti mürəkkəbləşdirir.

“Əvvəllər ruslar Antalyaya çarter reysləri ilə uçurdular, amma bu, artıq mümkün deyil, həll yolu tapmağa çalışırıq. Əvvəllər gün ərzində 5000-dən 9000-ə qədər qonaq qəbul edirdik. Bu ilin mayında biz gündəlik 500-ə yaxın qonaq gözləyirik”, - bu barədə Antalya Bələdçi Dərnəyindən məlumat bildirilib.

“Eyni zamanda, Türkiyə kurortları Almaniyadan gələn turistlərin rus və ukraynalıların çatışmazlığını kompensasiya edəcəyinə ümid edirlər. Bu yay almanların əvvəlkindən 40% daha çox olacağı gözlənilir. Bundan əlavə, Böyük Britaniyadan gələn turistlərin sayı 50%, Polşadan isə 60% arta bilər.

Həmçinin Türkiyəyə əksəriyyəti qadın və uşaqlar olmaqla, 100 minə qədər ukraynalının gəlməsi gözlənilir və İrandan da turistlərin olması mümkündür”, - alman nəşri qeyd edib.

Tarix
2022.05.12 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla