Yuxarı

Bizə "torpaqları ver" təklifi edənlər... - Podolyak

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın 3 gündən bir neçə həftəyə qədər müddət ərzində təslim olacağı proqnozlaşdırılmışdı. Ukraynalılar Kiyevi müdafiə etdilər, üç rayonu azad etdilər və dördüncü rayonun azad edilməsini başa çatdırırlar. Bu gün də həmin adamlar - Avropada Rusiya lobbiçiliyi edənlər bizə təklif edirlər ki, Rusiyaya ölkənin şərq və cənubunu verək. Məsləhət üçün təşəkkür edirəm, amma silahların köməyini qəbul edəcəyik.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, Rusiya indi rusların ukraynalıları öldürmək hüququna malik olduğunu “dünyaya sübut etmək” üçün böyük vəsait xərcləyir:

“Ona görə də Avropadakı rusiyapərəst lobbiçilər yavaş-yavaş başlarını qaldırmağa başlayırlar. Elə dünən informasiya gündəmi eksklüziv olaraq neft embarqosu və Rusiyanın hərbi cinayətləri idi. Bu gün müəyyən siyasi ağızlar bizə yeni gündəm təklif edir: atəşkəs, dondurulmuş münaqişə və sülh naminə ərazilərin bir hissəsinin verilməsi! Deyirlər, biz köhnə, müharibədən əvvəlki həyat tərzini qaytarmaq istəyirik, bəzi güzəştləri qəbul edin”.

O qeyd edib ki, münaqişənin dondurulmasından söhbət gedə bilməz: Ukrayna Minsk razılaşmalarından nəticə çıxarıb, ona görə də Minsk-3-ə getməyəcək:

“Hər bir müharibə danışıqlar masası arxasında bitir və bu da istisna olmayacaq. Amma danışıqlar o zaman mümkün olacaq ki, tərəflər danışıqlara hazır olsun. Bunun üçün Rusiya vəziyyəti ayıq şəkildə dəyərləndirməyə başlamalıdır”.

Qeyd edək ki, ABŞ-ın məşhur strateqi Kissencerin Davos Forumundakı çıxışından sonra Ukraynanın işğaldan olan torpaqlardan imtina etməsi məsələsi açıq müzakirəyə çevrilib.

Tarix
2022.05.26 / 08:45
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla