ABŞ-ın beyin mərkəzlərindən
biri - Vaşinqton İnstitutunun jurnalında ABŞ-Türkiyə
münasibətlərinin soyumasından bəhs edən məqalə
yayımlanıb.
Axar.az xəbər verir ki,
məqalədə ABŞ-dakı 11 sentyabr hadisələrindən sonra hər iki dövlətin
münasibətlərinin olduqca yüksək səviyyədə olduğu qeyd edilir. Lakin
2003-cü ildən sonra bu münasibətlər səviyyəsinin azalan xətt üzrə
getdiyi vurğulanır:
"ABŞ Müdafiə Nazirliyi
Türkiyənin ən yaxın müttəfiqi idi. Bu gün isə Pentaqon Türkiyəni
etibarlı tərəfdaş hesab etmir. Bunun səbəbi isə Türkiyənin
NATO-dakı rolunu dəyişdirməsi olub".
Məqalədə daha sonra bildirilir ki, hələ 2003-cü ildə İraqda
birgə hərbi əməliyyatlar barədə təklif irəli sürən ABŞ bundan
imtina edən Türkiyəni artıq etibarlı tərəfdaş olaraq görmür.
Bundan əlavə, məqalədə 2010-cu il Türkiyə -İsrail əlaqələrinə də
toxunulub.