Yuxarı

Rusiya qaydaları pozdu: İstanbul boğazından keçərək...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya qaydaları pozdu: İstanbul boğazından keçərək...

İyulun sonunda hərbi texnika daşıyan “Sparta II” ticarət gəmisi İstanbul boğazından keçərək Suriyadan Rusiyaya gəlib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Blumbrq" məlumat yayıb.

ABŞ hökumətindəki mənbələr qeyd ediblər ki, Rusiya Qara dəniz üzərindən hərbi yüklərin daşınması üçün ticarət gəmilərindən istifadə edir. Avropa kəşfiyyatı da oxşar fikirdədir. “Sparta II” Suriyanın Tartus limanından Novorossiyskə gəlib. Gəmidə ən azı 11 hərbi texnika olub.

ABŞ Dövlət Departamentinin nümayəndəsi bu məsələ ilə bağlı Türkiyə hökumətinə sorğu göndərib. Vəziyyətlə tanış olan Türkiyə rəsmisi ticarət gəmisinin yalnız qanun pozuntusunda şübhəli bilindiyi halda yoxlanılacağını bildirib. Ağ Ev sözçüsü ABŞ-ın Türkiyə rəsmiləri ilə vəziyyəti müzakirə edib-etməməsi ilə bağlı şərh verməkdən imtina edib.

ABŞ və Avropa İttifaqı hesab edir ki, Rusiya Ukraynada xüsusi əməliyya başlayandan sonra Türkiyə tərəfindən hərbi gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsinə qoyulan qadağadan yan keçərək, Qara dəniz üzərindən hərbi texnikanın daşınması üçün dəfələrlə ticarət gəmilərindən istifadə edib.

Tarix
2022.08.11 / 00:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla