Yuxarı

Abxaziya savaşının 30 ili: necə başlamışdı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abxaziya savaşının 30 ili: necə başlamışdı?

1991-ci ildə SSRİ-nin dağılmasıyla Abxaziya separatçıları Gürcüstandan ayrıldıqlarını elan etdilər. Tiflislə Suxumi arasında danışıqlar nəticə vermədi və silahlı qarşıdurma başladı. Gürcüstanın yeni yaradılan ordu bölmələri və könüllü dəstələr separatizmə son qoymaq məqsədilə 14 avqust 1992-ci ildə Abxaziyanın ərazisinə daxil oldular.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, gürcü ordu birlikləri müharibənin ilk aylarında başda bölgənin paytaxtı Suxumi olmaqla, Abxaziyanın böyük hissəsini separatçılardan təmizlədi:

“Ancaq daha sonra abxaz separatçılar Rusiyanın gizli və açıq dəstəyi ilə əks-hücuma keçib bölgəni işğal etdilər. Müharibə iki il çəkdi, təxminən 16 min insan həlak oldu, bunun 10 mini gürcü idi. Müharibəyə qədər Abxaziyada yaşayanların təxminən yarısı gürcü idi, işğal zamanı onlar bölgədən qovuldular. Rusiya sülhməramlılar adı altında Abxaziyada hərbi bazalarını formalaşdırdı. 1990-cı illərin sonuna qədər BMT çərçivəsində danışıqlar aparıldı, nəticə vermədi. Abxaziyada 1999-ci ildə “müstəqilliklə bağlı referendum” keçirildi. Bununla da separatçılar faktiki Tiflislə danışıqları dayandırdılar. Rusiya 2008-ci ildə Abxaziyanın “müstəqilliyini” tanıdı.

Ssenari tanışdır. SSRİ-də yenidənqurma ilə başlayan separatizm, “müstəqilliklə bağlı referendum”, Rusiyanın dəstəyi ilə həyata keçirilən işğal, etnik təmizləmə, böyük qaçqın axını, sülhməramlıların yerləşdirilməsi və s. Biz də bunları yaşadıq. Fərqimiz ondadır ki, işğala son qoymaq məqsədilə hərəkətə keçdik, uğurlar qazandıq, separatçıları cəzalandırdıq və prosesi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi istiqamətində irəliyə aparırıq (rusiyalı sülhməramlıların vaxtları bitdikdən sonra Qarabağı tərk etmələri əsas hədəflərimizdən biridir), Gürcüstan isə qeyri-müəyyən dövrə qədər gözləmək məcburiyyətindədir”.

Tarix
2022.08.14 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla