Yuxarı

Rüşdiyə görə "Harri Potter"in yazarı ölümlə hədələndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüşdiyə görə "Harri Potter"in yazarı ölümlə hədələndi

Hindistan əsilli Britaniya yazıçısı Salman Rüşdiyə bıçaqla hücumu tənqid edən dünya şöhrətli yazıçı Coan Roulinq ölümlə hədələnib.

Axar.az xəbər verir ki, Roulinq Rüşdiyə hücumu tənqid edib və sosial media hesabında yazıb:

“Bu, dəhşətli xəbərdir. İndi özümü çox dəhşətli hiss edirəm. Onun yaxşı olduğuna əmin olun”.

Roulinqin paylaşımı üzərinə “Meer Asif Asiz” adlı Tvitter istifadəçisi Roulinqə “Narahat olma, növbə sənindir” cavabını verib. Roulinq həmin şəxsdən gələn təhdid mesajlarını sosial media hesabında paylaşaraq, polisin bu təhdidlərə cavab verəcəyini bildirib.

"Biz onlayn təhlükə barədə məlumat almışıq və məmurlar araşdırma aparır", - polisin açıqlamasında deyilir.

Bildirilib ki, “Meer Asif Asiz” adlı Tvitter istifadəçisi də Rüşdini bıçaqlayan hücumçunu tərifləyən mesajlar dərc edib, daha sonra o, Roulinqə göndərdiyi təhdid mesajını silib.

Britaniyalı yazıçı Roulinq 1997-ci ildə yazdığı "Harri Potter" kitab seriyası ilə tanınır. 57 yaşlı Roulinqin 7 seriyalı "Harri Potter" kitabı da film seriyası olaraq dünyada ən populyar əsərlər sırasındadır.

Tarix
2022.08.15 / 00:40
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla