Görmə qabiliyyətimizi məhv edən 3 vərdiş...
02:00
| Ana səhifə Planet |
|
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi materiallarını mediaya sızdırmaqda ittiham olunan Edvard Snouden bu ölkədə həbs cəzası almaq üçün könüllü müraciət edib.
Axar.az xəbər verir ki, Snouden ABŞ hökumətinə bununla bağlı bir neçə dəfə təklif ünvanlayıb.
İki ildir Rusiyada yaşayan Snouden ABŞ-ın onunla hələ əlaqə yaratmadığını bildirib:
"Mənə yalnız işgəncə verməyəcəkləri barədə söz verdilər. Məncə, bu hələ başlanğıcdır. Bundan sonrakı məsələlər barədə danışmadıq".
Xatırladaq ki, MTA-nın sabiq işçisi Snouden agentliyin sirlərini açdığına görə ölkəsindən qaçmağa məcbur olub.
|
Tarix
2015.10.06 / 12:15
|
Müəllif
Kamran Ədalət
|