Yuxarı

Biz Rusiya ilə bu ölkəyə qarşı birləşmişdik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz Rusiya ilə bu ölkəyə qarşı birləşmişdik

Ukraynada müharibə Rusiya ilə Avropa arasında münasibətlərin səviyyəsini 2002-ci ildən əvvəlki dövrə qaytarıb.

Axar.az xəbər verir ki, bu sözləri İtaliyanın sabiq baş naziri və “İrəli İtaliya” partiyasının lideri Silvio Berluskoni deyib.

Berluskoninin sözlərinə görə, o, baş nazir olarkən Rusiya və Avropanı bir-birinə yaxınlaşdırmağa və “möhkəmlənmiş Qərb” kimi birlikdə 21-ci əsrin əsas çağırışına, Çin ekspansionizminə qarşı mübarizə aparmağa çalışıb:

"Təəssüf ki, Ukraynanın işğalı planımızı puça çıxardı, çünki biz 2002-ci ildən əvvələ qayıtdıq, Rusiya Avropadan təcrid olundu, Qərb ölkələri Rusiyaya qarşı birləşdi", - o bildirib.

"Əlbəttə ki, bu vəziyyətdə biz Ukrayna kimi azad və demokratik ölkənin hüquqlarını qorumaqda yalnız Qərbin yanında ola bilərik. Biz sülh üçün çalışacağıq, bunu Qərb müttəfiqlərimizlə razılaşaraq, Ukrayna xalqının iradəsinə hörmət edərək edəcəyik. Bu məsələdə bizim mövqeyimiz qəti və aydındır və hər hansı səbəbdən heç kim tərəfindən sorğulana bilməz”, - deyə Berluskoni əlavə edib.

Qeyd edək ki, 2002-ci ilin may ayında Pratica di Mare hərbi bazasında Rusiya və NATO ölkələri arasında ümumi maraq dairələrində işin gücləndirilməsi və ümumi çağırışlara qarşı mübarizə haqqında sazişlər bağlanmışdı.

Tarix
2022.10.27 / 09:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla