Yuxarı

Barak Obamadan Suriya xalqına müraciət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Konqresdən Əsəd rejiminə qarşı hərbi müdaxiləyə səlahiyyət vermə qanununun təsdiqlənmə müddətini təxirə salmağı xahiş edib.

Britaniyanın "Guardian" qəzetinin məlumatına görə, Ağ Evdə çıxış edən Obama Suriya problemiylə bağlı amerikan xalqını düşündürən məqamlara aydınlıq gətirməyə çalışıb.

Obama Suriyanın kimyəvi silahlarının beynəlxalq nəzarətə götürülməsi ilə bağlı deyib ki, "Rusiyanın bu təklifinin uğurlu olub-olmayacağını söyləmək çox tezdir. Bu, Əsəd rejiminin mövqeyindən asılıdır. Rusiya Əsədin ən güclü müttəfiqi olduğu üçün bu təklifin yerinə yetirilmə potensialı yüksəkdir". ABŞ prezidenti Konqresdən məlum xahişini də bununla əsaslandırıb.

Barak Obama BMT Təhlükəsizlik Şurasına Əsədin kimyəvi silahlardan imtina edib beynəlxalq nəzarət altında kimyəvi vasitələrin tamamilə yox etməsini tələb edən bir qanun təklif etmək üçün Rusiya və Çin ilə görüşlər keçirərək birlikdə çalışacaqlarını da qeyd edib.

Barak Obama bildirib ki, əgər Suriyaya hərbi müdaxiləmiz uğursuz olarsa, Əsəd rejimi kimyəvi silahlardan istifadəni dayandırmağa heç bir səbəb görməyəcək. Müəyyən müddətdən sonra bizim əsgərlərimiz müharibə zonasında kimyəvi silahlarla üzbəüz qalacaq. Eyni zamanda, terrorist təşkilatlar da asanlıqla kimyəvi vasitələr əldə edib vətəndaşlara qarşı istifadə edəcək".

Bu təhlükələri nəzərə alan Obama BMT-yə bir qanun layihəsi təklif etmək niyyətindədir. Həmin qanun Əsəd rejiminin əlində olan kimyəvi silahların alınaraq, məhv edilməsini nəzərdə tutur. Bu qanun layihəsini irəli sürmək üçünsə Obama Rusiya və Çinlə danışıqlara başlayacağını da qeyd edib.

Obama Türkiyəyə görə narahat oldu

"Kimyəvi silahlara qadağa qoyulmasa, bu, onsuz da beynəlxalq qanunlara əməl etməyən İrana bir az da cəsarət verə bilər. Əgər kimyəvi silahlar Suriyanın sərhədlərini keçərsə, müttəfiqlərimiz Türkiyə, İordaniya və İsraili də təhlükə altına salar. Belə dünya bizim qəbul edəcəyimiz dünya deyil".

Çıxışında İraq və Əfqanıstan müharibələrindən sonra hərbi müdaxilənin o qədər də faydalı olmadığını qeyd edən Obama, "Mən ömrümün 4-5 ilini müharibəni bitirmək üçün çalışmışam, başlatmaq üçün deyil", - deyib.

ABŞ dünyanın polisi deyil

Suriyaya hərbi müdaxilə haqqında xırdalıqlarına qədər danışan Obama ABŞ-ın dünyanın polisi olmadığını, amma təxminən, 70 il boyunca qlobal təhlükəsizliyi təmin etdiyini söyləyib.

http://www.theguardian.com/world/video/2013/sep/11/barack-obama-addresses-nation-syria-video

Tarix
2013.09.11 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Daşaltıdan bu fotonu paylaşdı

İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım - Foto

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Hind şirkətləri Azərbaycana tur paketlərin satışını dayandırır

Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı

İlk dəfə: Heydər Əliyev haqda məşhur film farsca – Video

Əliyev Moskvaya getmədi - Saakaşvili nələr yazdı?..

Rus və alman siyasətçilər Bakıda gizli görüş keçirdi

İlham Əliyev Xocalıda... - Foto

Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla