Yuxarı

Dendias təyyarədən düşmədi - Dibeybədən cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dendias təyyarədən düşmədi - Dibeybədən cavab

Yunanıstanın suverenliyimizə qarşı hərəkətlərinə icazə verməyəcəyik.

Axar.az xəbər verir ki, bunu Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə Yunanıstan xarici işlər naziri Nikos Dendiasın Tripoliyə enəndən sonra təyyarədən düşməməsi və geri qayıtmasına münasibət bildirərkən deyib.

Yunanıstan dövləti ilə diplomatik əlaqələrin əsasının qarşılıqlı hörmətə əsaslandığını vurğulayan Dibeybə Liviya dövlətinə və suverenliyinə qarşı hərəkətlərə icazə verməyəcəyini bildirib.

Öz növbəsində Liviya xarici işlər naziri Nəcla Mənquş da Dendiasın təyyarədən enməməsinin qeyri-diplomatik bir davranış olduğunu vurğulayıb.

Qeyd edək ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias Liviya paytaxtına çatdıqdan sonra təyyarədən enməkdən imtina edib və Benqaziyə gedərək ölkənin şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Haftar ilə görüşüb. Buna səbəb kimi isə onu qarşılamağa gələn XİN rəhbəri ilə görüşmək istəməməsini göstərib. Belə ki, Dendias yalnız prezidentlə görüş üçün gəldiyini bildirib.

Bu addım isə iki ölkə arasında diplomatik böhrana səbəb olub.

Tarix
2022.11.18 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla